Ermənilər cəbhədə geri çəkilməyə məcbur oldu - Video
Tarix: 24-02-2017 | Saat: 14:27
Bölmə:Karusel / Gündəm / Hadisə / Xəbəraz TV / Qarabağdan xəbər var | çapa göndər
Ermənilər cəbhədə geri çəkilməyə məcbur oldu - GÖRÜNTÜLƏR
Müdafiə Nazirliyi (MN) rəhbərliyinin cəbhəboyu zonaya davam edən səfəri zamanı əsas diqqət Ermənistan silahlı qüvvələrinin cəbhənin bütün istiqamətlərində təxribat törətmək cəhdlərinin qarşısının qoşunlarımız tərəfindən qətiyyətlə alınması üzrə tədbirlərin görülməsinə yönəldilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, gecə saatlarında ön xətdəki bölmələrimizi yoxlayarkən, Müdafiə Nazirliyinin rəhbərliyi düşmənin kəşfiyyat-diversiya qrupunun Talış və Gülüstan istiqamətlərində təxribat törətmək cəhdlərini müşahidə vasitələri ilə izləyib. Yerində verilən tapşırıqlar və dərhal görülən tədbirlər nəticəsində düşmən geri çəkilməyə məcbur edilib.
Talış kəndini, ətraf əraziləri nəzarətdə saxlayan mövqelərdə, Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi istiqamətində yerləşən bölmələrdə olan nazirliyin rəhbərliyi düşmənin ön xətt mövqelərini müşahidə edib.
İşğaldan azad edilmiş ərazilərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini və mənəvi-psixoloji vəziyyətini yoxlayıb, həmçinin hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub.
Ön xətdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim etdikdən sonra nazirliyin rəhbər heyəti süfrə arxasında əsgərlərlə söhbət edib.
Xəbəri paylaş
1 2078 dəfə oxunub.
Digər xəbərlər

30-09-2022, 10:42
Ailəsi Rəhim Rəhimli ilə vidalaşır - FOTO
29-06-2022, 11:36
Bakıda yanıb kül olan lüks avtomobillərin GÖRÜNTÜSÜ - FOTO/VİDEO
13-05-2023, 09:06
Ərdoğan yenidən seçilməsə, nə edəcək? - Özü açıqladı
30-04-2016, 16:05
Erməni şərhçi Sarkisyan hakimiyyətini ifşa etdi - "Bu qətliamı azərbaycanlılar yox, ruslar törədib"
13-03-2017, 11:46
"Sarkisyan müharibə istəyirsə, biz hazırıq" - Polkovnik
10-03-2023, 13:19
Pulemyot satmaq istəyən şəxs tutulub - VİDEO
28-06-2015, 14:53
Çimərlikdə xəsarət alanların sayı 500-ü keçib
16-03-2020, 12:57
İlham Əliyevdən 63 410 nəfəri sevindirəcək SƏRƏNCAM
21-09-2015, 11:49
Məkkədə daha bir faciə – VİDEO
30-03-2016, 10:29
Cəbhədə erməni təxribatı