Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
"Sarkisyan müharibə istəyirsə, biz hazırıq" - Polkovnik
Tarix: 13-03-2017, 11:46 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər

"Sarkisyan müharibə istəyirsə, biz hazırıq" - Polkovnik

Fevral ayında cəbhədə baş verən toqquşmalardan sonra Ermənistan hakimiyyəti panika yaşayır. Düşmən tərəfi təkcə itkilərini gizlətməklə kifayətlənmir, vəziyyətdən çıxış yolu axtarır. Aprel döyüşlərində biabırçı məğlubiyyətə düçar olan Sarkisyan özünü "cəsarətli" göstərmək istəyir və o, bu məqsədlə Azərbaycana hədə-qorxu gəlir.

Ermənistan prezidenti bir neçə gün öncə verdiyi müsahibədə ölkəsinin müharibəyə hazır olduğunu deyib. Sarkisyan bəyan edib ki, "müdafiə naziri hər an müharibə əmrini gözləməlidir". Hansı ki, Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, Azərbaycanla müharibə onların məhvi deməkdir. Bunu bilə-bilə Sarkisyanın müharibə anonsu verməsi sadəcə gülünc səslənir.
"Xəbəraz.az " azvision.az-a istinadən xəbər verir ki, ehtiyatda olan polkovnik Şair Ramaldanov Sarkisyanın fikirlərinə münasibət bildirib.

- Sarkisyan rejimi hansı məqsədlə itkiləri gizlədir?

- Hər zamankı kimi düşmən tərəf itkilərini gizlədir. Erməni mətbuatı yazır ki, guya erməni əsgərlər arasındakı insident nəticəsində ölüm halları olur. Yəni, ermənilər sırf döyüş şəraitində Azərbaycan silahlı bölmələri ilə döyüşlərdəki itkilərini ifadə etmirlər. Çünki, bu Ermənistan cəmiyyətini qıcıqlandırır. Son fevral hadisələrindən sonra ictimaiyyət aktivləşib. Başda müxalifət liderləri olmaqla cəmiyyətdən səslər uclamğa başlayıb ki, "Bizə Qarabağ torpağı lazım deyil". Onlar tələb edirlər ki, Ermənistandan olan əsgərləri ölkəyə qaytarsınlar. Belə bir halda Sarkisyan deyə bilərmi ki, bu ölülər hərbi toqquşmada, Qarabağda hanısa əməliyyat keçirmək istəməyimizin nəticəsi olub? Hazırda erməni saytları xəbər verirlər ki, erməni zabit və əsgərləri qrup şəkilində torpağa tapşırırlar.

- Ermənistan prezidentinin "müharibəyə hazır olun" bəyanatı nədən qaynaqlanır?

- Sarkisyanın bu çıxışı heç də yeni deyil. Sarkisyan hakimiyyət qurandan Azərbaycana hədə-qorxu gəlir. Mütəmadi olaraq cavabını alır. O, ən böyük cavabını aprel hadisələrində aldı. İkinci cavabı isə fevralda diversiya qrupunun məhv edilməsi ilə oldu. Sarkisyan gördü ki, 24-25 fevral tarixlərindəki aktivlik bir nəticə vermədi.

Sarksiyanın son bəyanatına gəlincə, Azərbaycan hər zaman müharibəyə hazırdır. Azərbaycan tərəfi hər zaman erməni təxribatını gözləyir və düşmənə adekvat cavab verir və bundan sonra da belə olacaq.

Ermənistandakı siyasi prosesləri nəzərə alsaq Sarkisyan rejimi Qarabağın dalğaları üzərində hakimiyyətə gəlib. Bu gün Qarabağ onun üçün ən priorotet məsələdir. Çünki, Qarabağ məsələsinin gündəmdə olması ilə bir çox problemlərin mövcudluğundan diqqəti yayındıra bilir. Birincisi, Ermənistan cəmiyyyəti qorxu içərisindədir. Onlar başa düşürlər ki, Azərbaycan ordusu silahlanır, güclənir. Bu güc haçansa düşmənə özünü göstərməlidir. Buna görə, ermənilər bizdən qorxurlar. Sarkisyan rejimi Qarabağ məsələsini ortaya ataraq ictimaiyyətin diqqətini yayındırır ki, onlar üçün daha vacib məsələlər var. Bunlardan biri də Qarabağdır. Amma, iqtisadi cəhətdən Ermənistanda problemlərin ardı-arası kəsilmir. Artıq Ermənistanda cəmiyyət iki hissəyə bölünüb. Bir tərəf Qarabağı əlində bayraq edərək bu faktordan istifadə etməklə hakimiyyətin ömrünü uzatmaq istəyir. Digərlər isə Qarabağ faktorundan istifadə edərək bəyan edir ki, "biz Qarabağı inkişaf etdirə bilmirik, infrastrukturu bərpa edə bilmirik. Biz Qarabağdan istifadə edə bilmirik, xarabalığa dönüb. Belə olan təqdirdə niyə bizim uşaqlarımız orada ölməlidir? Axı biz bu torpaqlardan istifadə edə bilmirik. Əgər orada xarici dövlətlər aktiv şəkildə investisiyalar qoya bilmirsə və bizim şirkətlər ora ehtiyatla yanaşırsa, Qarabağ bizə lazımdırmı?" Bax bu gün Ermənistan cəmiyyətində belə fikirlər səslənir.

- Sarkisyanın bu bəyanatı cəbhədə növbəti təxribatların olacağından xəbər verir?

- İtə deyirlər ki, nədən hürürsən? Deyir qorxutmaq üçün. Bəs o zaman niyə quyruğun əsir? Deyir çünki, özüm də qorxuram. İndi Sarksiyanın müharibə bəyanatı buna bənzəyir. Seçki qabağı Ermənistanın hakim elitası Azərbaycana hədə qorxu gələcəklər. Bu, onlara siyasi xal qazanmaq üçün lazımdır. Əgər Sarkisyan hakimiyyəti görsə ki, onlar uduza bilərlər, cəbhədə daha geniş miqyaslı təxribatlara gedəcəklər. Ona görə də Azərbaycan silahlı qüvvələri buna hazır olmalıdırlar. Hesab edirəm ki, Sarkisyan rejimi cəbəhə təxribata getsə, bu, onların sonuncu təxribatı olacaq.

1 2398 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
19-12-2015, 17:36 HAZIRCAVAB QIZLAR

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
18-07-2018
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___