Bakıda yeni dələduzluq: özünüzü bu adamdan gözləyin - VİDEO
Tarix: 06-02-2017 | Saat: 10:03
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Bakıda yeni dələduzluq üsulu ortaya çıxıb.
"Xəbəraz.az " baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan bir videoda adamın özünü avtomobilin qarşısına atdığı əks olunur. Kameraya düşən şəxs əlini avtomobilinizə çırpıb yerə yıxılır ki, guya onu maşınla vurdunuz.
Şəhərin müxtəlif yerlərində dayanan şəxs hazırda Alatavadan "Şamaxinka"ya çıxan yolda "növbə çəkir". Amma bu dəfə işi alınmayıb. Videodan göründüyü kimi avtomobil piyadanın yanından asta-asta ötüb keçir, sonradan sürücü arxa tərəfdən tappıltı səsi eşidir. Güzgüdən baxan sürücü arxada bir nəfərin yerə yıxıldığını müşahidə edir. Sürücü maşını kənara verib dayanır, düşən kimi artıq ətrafdakı adamlardan bir neçəsi sürücüyə xəbər verirlər ki, bu adam həmişə bu işlə məşğul olur - əlini maşının arxa tərəfinə vurub özünü yerə yıxır.
Sürücü artıq çıxıb yolun kənarında oturan bu adama yaxınlaşıb və ona xəbərdarlıq edib ki, onu videokameraya çəkib və internetdə yayacaq, piyada dərhal yazıq görkəm alıb: "Mən nə deyirəm ki?.. Ayağım sürüşdü, yıxılanda əlim maşınına dəydi". Amma başqa hallarda bir çox sürücüləri bu yolla bəlaya salır.
Qeyd edək ki, dələduzluqla məşğul olanlar iki nəfərdir. Qarşıdan gələn adamın son anda avtomobili vurmaq üçün əlini cibindən çıxarması da kameraya düşüb.
Xəbəri paylaş
7868 dəfə oxunub.
Digər xəbərlər

1-03-2016, 11:59
Boyu 165 sm-dən hündür olan gənclər üçün – İŞ VAR
16-03-2016, 22:10
Bakıda yanğın: Ölənlər var - FOTO
31-10-2018, 11:04
Elza: “Mən yaxşının pozğunuyam"
9-05-2018, 20:00
15 yaşlı qıza təcavüz edildi - Sumqayıtda şok hadisə
5-03-2021, 16:46
YAP İdarə Heyətinin yeni üzvləri - Siyahı
24-05-2016, 20:23
OPEK prezidenti neftin ədalətli qiymətini açıqladı
5-01-2019, 18:10
Sobaya neft tökən qadın yanaraq can verdi-Zabratda
7-04-2017, 21:21
Qadınların kişiləri döyməsinə necə baxırsınız? - VİDEOSORĞU
21-03-2017, 13:51
"Aşk-ı Memnu" yenidən başlayır - foto
18-03-2017, 16:09
Əməkdar artist aparıcını təhqir etdi - ""Tormuz"u tutmur..." - FOTO