Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gülay prezidentin övladları ilə - Fotolar
Tarix: 29-01-2017 | Saat: 00:10
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

Gülay prezidentin övladları ilə - Fotolar


Müğənni Gülay Zeynallı sosial şəbəkədə yeni fotolarını paylaşıb.

"Xəbəraz.az " xəbər verir ki, şəkildə ölkə başçısı İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, oğlu Heydər Əliyev yer alıb.

Şəkil İsveçrənin Sankt Moritz şəhərində baş tutan 33-cü Qar Polosu üzrə Dünya Kubokunun açılış mərasimində lentə alınıb.

Yanvarın 27-dən 29-dək təşkil olunan Qar Polosu Dünya Kuboku çərçivəsində, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın tarixi və mədəniyyəti təqdim olunur. Yarışların keçirildiyi ərazidə Azərbaycan Atçılıq Federasiyası tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin musiqisi, mətbəxi, ədəbiyyatı və Qarabağ atlarını təbliğ edən guşələr təşkil olunub.

Yarışların keçirildiyi meydança, çap materialları, idmançıların geyimləri, təqdimat və mükafatlandırma mərasimləri və təşkil olunan mətbuat konfranslarında Azərbaycanı təqdim edən “Land of Fire” loqotipi istifadə edilib.

Gülay prezidentin övladları ilə - Fotolar
Gülay prezidentin övladları ilə - Fotolar


Xəbəri paylaş

2 0418 dəfə oxunub.

Digər xəbərlər
14-04-2016, 13:07 İstanbul sammiti başladı
3-04-2017, 01:37 Məşhur aktyor ata olacaq

bütün xəbərlər
____ Instagram ___