Qiyamətin dəhşətli səhnələrinin ibrəti
Tarix: 19-01-2017 | Saat: 23:13
Bölmə:Karusel / İbadət | çapa göndər
"Göy yarıldığı zaman, ulduzlar dağılıb səpələndiyi zaman, dənizlər yarıldığı (və sular bir-birlərinə qarışdığı) yaxud qaynayıb dolduğu zaman, qəbirlər alt-üst olduğu (və ölülər çölə atıldığı) zaman". ("İnfitar" 1-4).
O zaman ki, kainatın nizamı pozular, Günəş, ulduzlar sönər, Yer kürəsi dağılmağa başlayar. Çünki elm təsdiq edir ki, Yer kürəsinin var olmasında Günəşin və ulduzların, başqa planetlərin rolu böyükdür.
Kainatın etidal həddə olması Yer kürəsinin havasına, dənizlərinə və Yerin soyuq və isti olmasına böyük təsirlər qoyur. Əgər bu nizam pozularsa, Yer kürəsi də dağılar.
Qurani-Kərimin başqa ayələrində buyurulur: "Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz olması üçün onun ətrafına bir şey bükülər), ulduzlar qaralıb (yerə) töküləcəyi zaman, dağlar hərəkətə gətiriləcəyi (parça-parça olub dağılacağı) zaman". ("Təkvir" 1-3).
"Göylər yarılacağı. Və öz Rəbbi(nin mütləq iradəsi)nə qulaq asacağı zaman; (Onun belə etməsi) daha layiqlidir. Yer genişlənəcəyi (böyüyüb dağlarsız, dənizlərsiz, dümdüz olacağı) zaman, qoynunda olanları çölə tullayıb boşaldacağı zaman". ("İnşiqaq" 1-4).
Bu ayələrdən də göründüyü kimi, Qiyamət günü gəlib çatan zaman yer titrəyəcək, dağlar parçalanıb, töküləcək, bütün aləm bir-birinə dəyəcəkdir. Allah Təala yeri yenidən yaradacaq və məhşər bərpa olacaqdır. ()
"(Qulaqları və ürəkləri) döyəcləyən (və Allah düşmənlərini əzən o dəhşətli) hadisə. Nədir o döyəcləyən və əzən(dəhşətli) hadisə?! Və sən nə bilirsən ki, o döyəcləyən (dəhşətli) hadisə nədir? (O hadisə Qiyamətin qopmasıdır).O gün insanlar kəpənək kimi (ətrafa) səpələnər.
Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır. Amma ölçülmüş əməlləri ağır və dəyərli gələn (əqidə və əməlləri gözəl olan) kəs. Razı qalacağı (xoş) bir güzaran içində olacaqdır". ("Qariə" 1-7).
Əlbəttə, Yer kürəsini dağıdandan sonra onu yenidən qurmaq Allah üçün çox asandır. Allah Təala bu hadisədən sonra əbədi behişti və cəhənnəmi yaradacaqdır ki, minlərlə il çəkəcəkdir. Bu əbədi behişt və cəhənnəmdə insanlar müvafiq olaraq, həm maddi və həm də mənəvi nemətə çatacaq və həm də əzaba düçar olacaqlar. (İslami saytlara istinadən)
Qurani-Kərimdə əbədi behişt haqqında buyurulur: "Orada taxtlara söykənəcək, orada nə istinin şiddətini, nə də soyuğun şiddətini görəcəklər". ("İnsan" 13).
Xəbəri paylaş
9488 dəfə oxunub.
Digər xəbərlər

22-09-2015, 01:05
Müdir işçisini bıçaqladı - Bakıda
1-04-2016, 11:48
Alimlər işığın hərəkətini videoya çəkdilər - VİDEO
15-05-2016, 16:45
ABŞ tam məxfi silahlarının sınağına başladı
16-05-2017, 21:50
AXC-nin 100 illiyi ilə bağlı — Sərəncam
21-03-2020, 23:19
Daha bir futbolçusu koronavirusa yoluxdu
7-01-2019, 14:14
Ombudsmanın nümayəndələri Mehman Hüseynova baş çəkdilər
24-01-2016, 18:35
“Bu stil mənim”də qalmaqal: Məcburən deyilirdi ki, dalaşın – VİDEO
25-05-2020, 11:20
AAAF SAKİNLƏRİNDƏN ETİRAZ DALĞASI...
26-12-2015, 23:45
Ərdoğanla Putin barışacaq - Ekspert