Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlk sosial mənzillər gələn il istifadəyə veriləcək
Tarix: 18-01-2017 | Saat: 19:48
Bölmə:Karusel / İqtisadiyyat / Bizim seçim | çapa göndər

İlk sosial mənzillər gələn il istifadəyə veriləcək


Mənzil İnşaatı Dövlət Agentliyinin sosial evlərlə bağlı birinci layihəsi 29 yaşayış binasını əhatə edir.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev "Region Plus" jurnalına verdiyi müsahibəsində deyib ki, layihənin gerçəkləşdirilməsi üçün Bakıda Dairəvi Yolun yanında 11,6 hektarlıq sahə ayrılıb: “Onların 12-si birbloklu 12 mərtəbəli bina, 17-si isə ikibloklu 9 mərtəbəli bina olacaq, 1 854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı, 443-ü isə üçotaqlı olacaq. Bundan başqa, şəhərciyin ərazisində 960 yerlik məktəb və 240 yerlik uşaq bağçası tikiləcək. Bəzi binaların altında sosial və təsərrüfat obyektləri üçün qeyri-yaşayış sahələri olacaq. Bundan başqa, ticarət mərkəzi üçün də ərazi ayrılıb”.

S.Nuriyev qeyd edib ki, əsas diqqət layihənin bütün şəhərsalma və qanunvericilik normalarına uyğun olmasına verilib; məsələn, kompleksin böyük hissəsi tikinti üçün yox, yaşayış üçün komfortlu şərait yaradılmasına ayrılıb: “ Ərazinin yalnız 25%-də binalar tikiləcək; 75%-i isə yaşıllıq, yollar, böyük həyət üçün ayrılıb.

Ölçülərə gəldikdə isə, iç divarlardan ölçmələr aparıldıqda, birotaqlı mənzilin sahəsi 31-33 kv. m, ikiotaqlınınkı 50-58 kv. m, üçotaqlınınkı isə 70 kv. m-ə yaxın olacaq. Bütün mənzillər tam təmir ediləcək və mətbəx mebeli ilə təchiz ediləcək. İlk binanın istismara verilməsi artıq gələn ilə nəzərdə tutulur”.

S.Nuriyev bildirib ki, mənzillərin sahiblənməsində əsas diqqət gənc ailələrə verilir və bu sahədə şəffaflığın təmin edilməsi üçün agentliyə «Güzəştli mənzil» elektron portalının yaradılması göstərişi verilib: “ Məqsəd odur ki, insanlar heç bir artıq əziyyət olmadan onlayn qeydiyyata düşə bilsinlər, güzəştli mənzil axtaran kimi avtorizasiyadan keçsinlər və onlara uyğun gələn mənzili ala bilsinlər.

Tikinti işlərinin 30%-dən çoxunun başa çatmasından sonra güzəştli şərtlərlə mənzillərin satışına başlanacaq, istəyənlər elektron rejimdə mənzili, mərtəbəsini, sahəsini və s.-i seçə bilərlər. Eyni zamanda, ödəniş şərti də seçilə bilər - bu, birdəfəlik ödəniş və ya güzəştli kredit ola bilər. Dövlətin güzəştli mənzil proqrammı iki əsas güzəşt təqdim edir: birinci - mənzilin yerləşməsindən asılı olaraq qiymətlər bazar qiymətindən aşağı olacaq; ikinci - Azərbaycan İpoteka Fondunun illik 4%-lə verilən sosial ipoteka proqramı çərçivəsində uzunmüddətli ödəniş imkanı yaradılacaq”.

MİDA direktoru vurğulayıb ki, hesablamalar göstərir ki, sosial ipoteka üzrə 30 illik krediti istifadə etməklə birotaqlı mənzil üçün aylıq ödəniş 130-150 manatı, ikiotaqlı mənzil üçün 200-250 manatı, üçotaqlı mənzil üçünsə 300-350 manatı keçməyəcək. Faktiki olaraq, kirayə qiymətini ötməyən məbləği ödəməklə, insanlar əmlak sahibi olmaq imkanı əldə edəcəklər.

“Bundan başqa, yuxarıda sadalanan qaydalara uyğun olaraq, biz mülkiyyətin əvvəlcədən qeydiyyat sistemini işə salırıq. Bu, Azərbaycanda qanunvericiliklə təsdiqlənsə də, geniş istifadə edilmirdi. Yəni artıq tikinti gedə-gedə müvafiq dövlət qurumunda mənzilə mülkiyyət hüququ qeydiyyata alınacaq ki, bu da həmin mərhələdə ipoteka krediti götürməyə imkan yaradacaq”, -deyə S.Nuriyev əlavə edib.

Direktor qeyd edib ki, «Güzəştli mənzil» elektron sistemi mayın 1-dən «Elektron hökumət» portalında fəaliyyətə başlamalıdır: “ Hazırda onun nizamnaməsinin hazırlanması üzrə işlər gedir, təsdiqdən sonra biz «ASAN xidmət»lə birlikdə güzəştli mənzil almaq istəyən adamların qeydiyyatına başlayacağıq. Biz artıq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə danışıqlara başlamışıq ki, bizim əməkdaşlar müvafiq «ASAN xidmət» mərkəzlərində qeydiyyat üçün sənədləri qəbul edə bilsinlər”.



4938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___