Polis bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Tarix: 28-12-2016 | Saat: 18:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 2016-cı il dekabrın 31-dən 2017-ci il yanvarın 5-dək daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri öz xidməti fəaliyyətlərini gücləndirilmiş iş rejimində həyata keçirəcəklər.
Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların gur toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bütün qüvvə və imkanlar səfərbər ediləcək.
Əmrə əsasən, bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi də ciddi nəzarətdə saxlanacaq.
Xəbəri paylaş
7568 dəfə oxunub.
Digər xəbərlər

30-06-2015, 13:59
kredit borclarının ləğv olunması barədə məlumat yayılıb.AÇIQLAMA
25-12-2016, 21:13
Məşhur cütlüyün xına gecəsindən FOTOLAR
6-05-2016, 16:38
İrfan Siddiq Azərbaycandan getdi
28-03-2017, 19:23
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə veriləcəyi TARİX AÇIQLANDI
9-02-2017, 13:11
Azərbaycanlı müğənni lüt soyundu - FOTOLAR
27-05-2022, 13:09
Azərbaycanlı kişi sevgilisinin üstündən maşınla keçdi - DƏHŞƏTLİ QƏTL
15-10-2017, 10:30
"Maşın" realiti-şousunu bu dəfə o tərk etdi - Gözlənilməz qərar
29-02-2016, 11:26
Körpə qızın həyatını xilas etmək üçün oxuyacaq - FOTO
19-05-2022, 10:30
Qalmaqallı görüntülərindən danışan Renka: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO
14-09-2016, 20:27
Tanınmış cütlüyün ikinci övladı dünyaya gəldi