Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda 38 yaşlı qadının yatdığı yerdə güllələndiyi evdən ŞOK GÖRÜNTÜLƏR
Tarix: 19-12-2016 | Saat: 15:25
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Bakıda 38 yaşlı qadının yatdığı yerdə güllələndiyi evdən ŞOK GÖRÜNTÜLƏR



Lent.az-ın əməkdaşı dünən Bakının Zabrat qəsəbəsində 38 yaşlı Mədinə Qurbanovanın 16 yaşlı oğlu Maarif tərəfindən güllələnərək qətlə yetirildiyi evdə olub. Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:


*****


12:14


Zabrat qəsəbəsində Füzuli rayonundan olan məcburi köçkünlərin yaşadığı yataqxanada baş vermiş dəhşətli qətllə bağlı yeni faktlar üzə çıxıb. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qətlə yetirilən 38 yaşlı Mədinə Qurbanovanın qayınatası Maarif Əliyev gəlininin nəvəsi tərəfindən güllələnməsi vaxtı hadisənin baş verdiyi otaqda olduğunu deyib: "Mədinə mənim iynələrimi vururdu, başımı-üzümü qırxırdı. Ondan heç bir narazılığımız yox idi. Həmişə günahı oğlumda görürdüm. Amma Allah telefon çıxardanın evini yıxsın, həmişə telefonda qurdalanırdı. Nəvəm də kiminləsə yazışdığını görüb. Hadisə vaxtı isə mən yuxuya getmişdim. Mədinə ağrıkəsici vurduğundan yuxu aparıb məni. Böyük qızı kresloda mürgüləyirmiş. Özü də balaca qızını əmizdirirdi. Bir qədər sonra böyük qız anasını yuxudan qaldırmağa çalışanda görüb ki, qan içindədir".


M.Əliyev əlavə edib ki, nəvəsi Maarif Əliyev hadisə vaxtı tüfəngi anasının başına dayayaraq atəş açdığından güclü səs çıxmayıb və güllələnmədən sonra xəbər tutub.


Qeyd edək ki, hadisəni törədən 16 yaşlı Maarif Əliyev orta məktəbin 11-ci sinif şagirdi olub.


Məlum hadisənin baş verdiyi ailə Füzuli işğal olunandan sonra əvvəlcə Sabirabadda, sonra isə Şirvan şəhərində köçkün həyatı yaşayıb və bir neçə il əvvəl Zabrata köçüb. Hadisədən sonra M.Qurbanovanın yaxınları onun həyat yoldaşının qohumlarını həyətdən çıxarıb və 38 yaşlı qadının dəfninə buraxmayıblar.



*****



11:14



Zabratda 16 yaşlı oğlanın anasını yatdığı yerdə başından güllələməsinin bəzi məqamları məlum olub. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Füzuli rayonundan məcburi köçkün olan Maarif Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanın başqa şəxslə internetdə yazışmasını görüb. Bu barədə gəlinin qayınatası bildirib. Onun sözlərinə görə, M. Əliyevin təhsil aldığı məktəbdəki yoldaşları da dəfələrlə anası haqqında xoşagəlməz sözlər işlədərək Maarifi məzəmmət ediblər.



Buna görə də 16 yaşlı oğlan evdə qohumlarına bu söhbətlərdən bezdiyini və anasını öldürəcəyini bildirib. Dünən isə Mədinə qayınatasına iynə vurandan sonra körpəsini əmizdirib divanda yuxuya gedib.



Anasının yatdığını görən Maarif tüfəngi onun başına dirəyərək atəş açıb.


***

09:03


Bakıda qətl törədilib. Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Zabrat-2 qəsəbəsi Oktyabr küçəsi 52 ünvanında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Orda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Eldar oğlu Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib.

M. Əliyev polisə könüllü təslim olub.

O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.

M. Əliyev qətli namus üstündə törətdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Bakıda 38 yaşlı qadının yatdığı yerdə güllələndiyi evdən ŞOK GÖRÜNTÜLƏR
Bakıda 38 yaşlı qadının yatdığı yerdə güllələndiyi evdən ŞOK GÖRÜNTÜLƏR
Bakıda 38 yaşlı qadının yatdığı yerdə güllələndiyi evdən ŞOK GÖRÜNTÜLƏR
Bakıda 38 yaşlı qadının yatdığı yerdə güllələndiyi evdən ŞOK GÖRÜNTÜLƏR
Bakıda 38 yaşlı qadının yatdığı yerdə güllələndiyi evdən ŞOK GÖRÜNTÜLƏR




8768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___