Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > Xəzərdə 44 gəmi və 6 helikopterlə axtarış davam edir - FOTO

Xəzərdə 44 gəmi və 6 helikopterlə axtarış davam edir - FOTO


18-12-2016, 12:34. Yazar: Xeberaz
Xəzərdə 44 gəmi və 6 helikopterlə axtarış davam edir - FOTO


"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının prezidentinin 16 dekabr 2016-cı il sərəncamına əsasən yaradılmış Qərargah tərəfindən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mütəxəssislərinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatlarının planı təsdiq olunaraq, axtarış-xilasetmə sektorları müəyyən edilib və qeyd olunan plana uyğun olaraq tədbirlər həyata keçirilməsi təmin edilməkdədir.

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, hazırda qeyd olunan Plan üzrə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv axtarış-xilasetmə işləri davam etdirilməkdədir.

Eyni zamanda, sahilboyu ərazilərdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən axtarış tədbirləri həyata keçirilməkdədir.

Əlavə olaraq, Qərargah tərəfindən axtarış-xilasetmə sektorlarının əhatə etdiyi ərazilər üzrə rayon icra hakimiyyətləri də müvafiq qaydada təlimatlandırılıb.

Qərargah tərəfindən həyata keçirilən tədbirlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaqdır.


Xəzərdə 44 gəmi və 6 helikopterlə axtarış davam edir - FOTO

Geri dön