İtkin düşən neftçilərin axtarışı ilə bağlı YENİ XƏBƏR
Tarix: 17-12-2016 | Saat: 10:49
Bölmə:Karusel / Gündəm / Bizim seçim | çapa göndər
Dekabrın 15-də Xəzər dənizində əsən güclü küləyin "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurması nəticəsində itkin düşən neftçilərin axtarışı davam edir.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə report-a hadisə ilə bağlı "Azneft" İB-də yaradılan qərargahdan bildirilib.
Qeyd olunub ki, hazırda axtarış işlərini 6 gəmi davam etdirir: "Eyni zamanda, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri axtarışa cəlb olunur. Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar dalğıc gəmiləri axtarış apara bilmir. Hava şəraiti imkan verdikdə onlar da axtarış işlərinə qoşulacaqlar".
Xatırladaq ki, dekabrın 15-i saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
1. Zülfüqarov Güloglan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz - operator
Dekabrın 15-də axtarış nəticəsində 3 saylı Neft Yığım Məntəqəsinin əmtəə operatoru, 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Ələt qəsəbəsinin sakini İlham Əlihüseyn oğlu Qafarovun meyiti tapılıb.
Axşam saatlarında onun nəşi "Qaradağ-8" gəmisi ilə sahilə gətirilib və aidiyyəti üzrə təhvil verilib və ötən gün dəfn olunub.
Xəbəri paylaş
7898 dəfə oxunub.
Digər xəbərlər

16-08-2017, 11:37
Bakıda qadın bina evində 70 it saxlayır - VİDEO
15-09-2017, 20:52
“Prezidentimizin qarşısında baş əyirəm” - Əməkdar artist adı alan Vasif Məhərrəmli
5-08-2017, 00:25
V qrup üzrə ixtisas seçimi başlayıb - Abituriyentlərin nəzərinə
28-08-2023, 10:12
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb - VİDEO
14-02-2017, 12:16
Zeynəb Əsmərlini gül yağışına tutan kimdir? - FOTO
31-08-2017, 14:03
Azərbaycanda süni mayalanma halları artıb
22-04-2015, 14:52
Evdən 90 min manat oğurlayan şəxs tutuldu
27-11-2021, 12:05
Bakıda marşrut avtobusuna HÜCUM - Sürücünün başı partladı
15-11-2015, 17:13
Akif Çovdarov həbs edilib
27-07-2019, 17:00
Azərbaycanda DƏHŞƏT: Ər 23 yaşlı arvadını qətlə yetirdi