Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Paytaxtda bəzi yollar bağlanacaq
Tarix: 10-12-2016 | Saat: 11:52
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Paytaxtda bəzi yollar bağlanacaq


Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 13-ci ildönümü və onun xatirəsinin yad edilməsi ilə bağlı keçirilən tədbirlərlə əlaqədar Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib:



Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək Parlament prospekti boyu və onunla kəsişən küçələrdən Fəxri xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək:



"Paytaxtın Mehdi Hüseyn küçəsi 1 ünvanından, yəni "Teleteatr"ın inzibati binasının yanından, Mikayıl Müşviq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşviq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrinin kəsişməsindən, Milli Məclisin arxasından Parlament prospekti istiqamətində ziyarət başa çatanadək nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

Sürücülərdən və avtomobil sahiblərindən xahiş edirik ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Həmçinin mənzil başına çatmaq üçün sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur. Ulu öndərin məzarını ziyarətə gələnlərdən də xahiş edirik ki, ərazi üzrə şəxsi avtomobillərin park edilməsinin mümkünsüzlüyünü nzərə alaraq ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər".


Xəbəri paylaş

1 1988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___