Ukrayna vətəndaşı Şəmkirdə zəncirvari qəza törətdi: 8 yaralı-VIDEO
Tarix: 03-12-2016 | Saat: 21:01
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Şəmkirdə baş verən zəncirvari qəzada səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 396-cı kilometrliyində, Cinarlı qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, Ukrayna vətəndaşı 1970-ci il təvəllüdlü Yevgeni Kaçkovun idarə etdiyi "Kia Sorento" markalı avtomobil rayonun Kür qəsəbə sakini, 1949-cu il təvəllüdlü Ziyad Əkbərovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə, daha sonra isə "Land Rover" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "Kia" yolun kənarına aşıb. Qəza zamanı "Kia"nın sürücüsü, onun həyat yoldaşı və iki övladı, həmçinin "VAZ"-ın sürücüsü və sərnişinləri 1965-ci il təvəllüdlü Zəminə Zeynalova, 1991-ci il təvəlüldlü Ülvi Zeynalov, 1989-cu il təvəllüdlü Turanə Əliyeva və 1967-ci il təvəllüdlü Zümrüd Zeynalova Şəmkir Mərkəzi rayon xəstəxanasına müraciət ediblər. Məlumata görə, xəsarət alanlardan 4 nəfərinin vəziyyəti orta ağırdır. Digər müraciət edənlərin vəziyyəti isə normal qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Xəbəri paylaş
5838 dəfə oxunub.
Digər xəbərlər

5-08-2017, 11:05
Kredit və borcla Həccə gedən azərbaycanlılar...
27-06-2017, 09:55
Bakıdan Taylanda aviareys açıldı - Azərbaycana nələr verəcək?
4-10-2017, 17:32
Mətanət ona deyilən sözlərdən əsəbiləşib efiri TƏRK ETDİ - VİDEO
20-09-2018, 13:51
İlham Əliyev öz hesabına məscid tikdirəcək
16-08-2017, 19:52
İlham Əliyev hərbçiləri təltif etdi – SİYAHI
16-11-2018, 12:57
"Deyirlər ki, indi də bunun üçün pul yığaq?"
10-07-2018, 22:09
32 yaşlı oğlanı ilan sancdı
29-08-2015, 17:59
Namiq Qaraçuxurlunun evlənir
2-04-2017, 12:14
Orqanizmdə kalsium çatışmazlığını bildirən əlamətlər
14-02-2016, 12:35
İlham Əliyev Ermənistanla əməkdaşlıq imkanından danışdı