Arıqladır, ürəyi qoruyur, enerji verir... – SUPER QİDA
Tarix: 14-11-2016 | Saat: 13:38
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Badam ən ləzzətli çərəzlərdən biridir. Ona super qida da deyilir. Super qidalarda yüksək miqdarda birdən çox vitamin, antioksidant və digər qidalandırıcı elementlər mövcuddur. Badam da super qida kimi salatlardan tutmuş şirniyyatlara qədər bir çox reseptlərdə istifadə olunur.
Ürəyin dostudur
Aparılan araşdırmalar sübut edib ki, ara yeməklərdə badamla birlikdə digər çərəzləri yemək ürək xəstəliyindən ölmə riskini azaldır. Badam yeyin, ürəyinizi qoruyun.
2-ci tip diabetdən qoruyur
Qan şəkərinin yüksəlməsi ciddi xroniki xəstəliyin meydana gəlməsinə səbəb olur. Tədqiqatçıların fikrincə, badam yeməkdən sonra yeyildikdə qan şəkərindəki artımı nizamlayır. Araşdırmalardan biri yeməklə yanaşı badam yeməyin bütün payın qlisemik təsirini (qan şəkəri üzərində olan təsiri) azaltdığını ortaya çıxarıb.
Arıqlamağı asanlaşdırır
Badam sağlamlığa faydaları ilə yanaşı, arıqlamağa da dəstək olur. Araşdırmalardan biri sübut edib ki, badam zəngin və aşağı kalorili pəhriz elementidir. Aşağı kalorili yüksək karbohidratlı pəhriz tətbiq edənlərin 62 faizi çəki itkisinə nail olub.
Enerji verir
Badam riboflavin (B2 vitamini) ehtiva edir və B2 vitamini enerji istehsalını dəstəkləyir. Ehtiyacınız olan enerjini almaq üçün badam ehtiva edən sağlam yeməklər yeyin.
Kaliumla zəngindir
Bu mineral ürək əzələlərinin sıxılmasını təmin etdiyi üçün ürək döyüntüsü baxımından həyati əhəmiyyət daşıyar. Kalium qəbul edən insanların sistolik (ən əhəmiyyətli) qan təzyiqi təxminən səkkiz dərəcə azalıb.
E vitamini ehtiva edir
Badam yemək üçün digər səbəb də badamın yüksək nisbətdə antioksidant xüsusiyyəti olan E vitamini ehtiva etməsidir. E vitamini bədəni sağlam hüceyrələrə zərər verən sərbəst radikalların yaratdığı ziyanlardan qoruyar. Qaysılı və badamlı toyuq salatı kimi sağlam yeməklərlə bədəninizin sağlamlığını dəstəkləyin.
lent.az
Xəbəri paylaş
7878 dəfə oxunub.
Digər xəbərlər

22-12-2020, 12:14
Azərbaycanda yeni medal yaradılır
4-07-2021, 09:57
Bakıda 3 yaşlı uşaq dilənməyə məcbur edilib - VİDEO
17-11-2022, 13:07
İstanbulda terror törədən şəxs əmri kimdən aldığını açıqladı
30-05-2017, 11:14
“Manat ilin sonuna qədər ucuzlaşmayacaq” - Baş bankir
9-06-2016, 15:34
Təcili yardıma hamı yol verdi, ondan başqa – Video
27-07-2020, 12:43
Jurnalistlərə "işverən" deyən biznesmen oğlu azadlıqda - FOTO
16-12-2021, 14:25
"Ən güclü meyxanaçı Rəşad Dağlıdır. Pərviz isə..."
27-04-2018, 19:25
Dayısı Tacir Şahmalıoğlunu canlı efirdə BİABIR ELƏDİ - FOTO
16-09-2018, 12:30
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət
17-09-2015, 15:54
“Oğluma dedim ki, onlar atanı məhv edəcəklər“