Xəzərdə itkin düşən neftçinin meyiti sudan çıxarıldı
Tarix: 11-11-2016 | Saat: 11:34
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Noyabrın 8-də Xəzər dənizində itkin düşən neftçinin meyidi Dərinsulu Günəşli platforması yaxınlığında sudan çıxarılıb.
Bu barədə APA-ya Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən məlumat verilib.
"Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən meyid çıxarılıb. Meyit sahilə gətirilib və müvafiq hüquq mühafizə orqanlarına təhvil verilib", - deyə məlumatda vurğulanıb.
Bundan öncə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Feysbuk sosial şəbəkəsində yazıb ki, itkin düşən şəxsin adı Qalib Hacıyevdir. Sosial şəbəkə istifadəçilərindən biri qeyd edib ki, Q. Hacıyev "KCA-Deutag" şirkətinin əməkdaşıdır.
Qeyd edək ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən verilən məlumata görə, hadisənin təfərrüatları araşdırılır:
"BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. Xəzər dənizində axtarış və xilasetmə resursları səfərbər edilib. Həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıb. BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir".
Xəbəri paylaş
6808 dəfə oxunub.
Digər xəbərlər

24-12-2018, 13:23
Qız üstündə baş verən qanlı olayın təfərrüatı-Foto
23-07-2018, 19:48
Erməni mahnısı səsləndirən DJ həbs edildi - Nabranda
31-12-2022, 12:07
2023-cü ilin ilk gününə olan hava PROQNOZU
7-05-2019, 11:49
MTRŞ sədri: "ANS televiziyası ilə bağlı məsələ bitib"
22-05-2015, 01:38
“Neft Daşları” yatağında yeni quyu istismara verildi
6-09-2018, 11:00
Cins şalvarı dondursanız... NƏTİCƏ İNANILMAZDIR
27-05-2015, 20:20
“Röya “vor zakon”luğu İlhamə Quliyevadan öyrəndi”.
9-08-2022, 14:36
Qocalmaq istəməyənlər üçün Çin CAVANLIQ iksiri. Resept
16-11-2016, 18:12
Bakıda qəzaya düşən türk aktyorun son vəziyyəti - Foto
15-08-2015, 18:30
Azərbaycan vətəndaşlarını Rusiyaya buraxmırlar