Azərbaycan vətəndaşlarını Rusiyaya buraxmırlar
Tarix: 15-08-2015 | Saat: 18:30
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Samur körpüsünün üzərində xeyli avtomobil yığılıb və tıxac yaranıb.
Azərbaycan- Rusiya sərhədində böyük tıxac yaranıb.
Xeberaz.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, Azərbaycanın Rusiya ilə sərhədində yerləşən "Samur" gömrük buraxılış məntəqəsindən keçən avtomobillər Rusiya ərazisinə daxil ola bilmirlər. Nəticədə Samur çayı üzərində yerləşən körpünün neytral hissəsində xeyli avtomobil yığılıb və tıxac yaranıb. Bu isə əhalinin gediş-gəlişində ciddi çətinliklərə səbəb olub.
Rəsmilər deyiblər ki, sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində texniki problemlər mövcuddur və avtomobillərin buraxılması faktiki dayandırılıb.
Məsələ ilə bağlı Rusiya tərəfdən heç bir açıqlama verilməyib.
Azərbaycanın Rusiya ilə sərhədində yerləşən digər gömrük buraxılış məntəqələrində isə heç bir çətinlik yoxdur.
Xəbəri paylaş
7158 dəfə oxunub.
Digər xəbərlər

22-08-2018, 16:43
Ağ saçlardan xilas olmağın ƏN ASAN və UCUZ YOLU
31-12-2016, 19:46
Mərkəzi Bank: 2017-ci ildə sərt pul siyasəti həyata keçiriləcək
28-06-2016, 01:30
Zakir Həsənov məzunlarla görüşüb
30-05-2019, 11:19
Təhlükəli mədə kiçiltmə əməliyyatı: dəb yoxsa...?
29-09-2022, 11:15
Bakıda küçədə yatan uşaqların valideynləri tapıldı
10-07-2016, 21:17
İlham Əliyev: “Münaqişənin həllinin yeganə mümkün variantı...”
8-09-2020, 20:40
Mehdiyevin kürəkəni qisasa başlayır
6-06-2018, 09:44
Ölümə sürükləyən “Mariam” şagirdlər arasında sürətlə yayılır