Erkən ölümün ən mühüm səbəbi tapıldı
Tarix: 08-10-2016 | Saat: 01:18
Bölmə:Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər
Kaliforniya (ABŞ, Los-Anceles) universitetindən olan genetiklər, avropalı kolleqaları ilə birlikdə müəyyən ediblər ki, Yer kürəsindəki hər 20 nəfərdən birini erkən ölüm təhdid edir.
Tədqiqatçılar qeyd ediblər ki, dünyada təkcə düzgün həyat tərzi keçirməyən, özünü vaxtından əvvəl ölməkdən xilas etməyən insan qrupları mövcud deyil. Eyni zamanda, özündən asılı olmadan tez qocalan və ölən insan qrupları var.
Birincilər o adamlardır ki, lazım olandan artıq yeməklə və idmandan imtina etməklə vaxtından əvvəl qocalmağa başlayırlar. İkincilərin tez qocalması isə onların genetik xüsusiyyətlərindən asılıdır. Alimlər bu vəziyyətdə olan 13 min insanı tədqiq ediblər. Məlum olub ki, sən demə, bunların təqribən 5%-nin bioloji yaşı real yaşından yuxarıdır. Bu insanların genlərinin tədqiqi zamanı onların erkən yaşlarda qocalmasına səbəb olan amillər meydana çıxıb. Bu erkən yaşlanmaya DNK-ların metilləşməsi səbəb olur ki, bu da erkən ölüm riskini 50% artırır.
Tədqiqatçılar izah edirlər ki, əgər 60 yaşlı siqaret çəkən kişinin DNK-sı metilləşməyə məruz qalırsa, deməli onun erkən ölmə ehtimalı 75% yüksəlib. Əgər o, erkən qocalan orqanizmlər qrupuna daxil deyilsə, onun erkən ölmə riski 60%-ə enir. Alimlər hələ ki, bu problemlə necə mübarizə aparmaq lazım gəldiyini bilmirlər.
Amma onlar əmindirlər ki, insanları orqanizmlərinin genetik xüsusiyyətləri səbəbindən erkən qocalmadan xilas etməyin yollarını tapacaqlar.
Xəbəri paylaş
7428 dəfə oxunub.
Digər xəbərlər

2-03-2017, 11:04
İslamla bağlı şok hesabat: XXI əsrin sonunda...
8-07-2017, 19:06
“Mançester Siti”nin futbolçusu İstanbul klubunda
30-08-2015, 12:29
İsa peyğəmbər evli idi?
25-04-2016, 17:36
Gürcü polisi erməniləri Türkiyə səfirliyi qarşısına buraxmadı
23-03-2015, 00:19
Qadın özünü körpüdən atdı - VİDEO -Dəhşət
6-03-2021, 11:41
Tanınmış vəkilin ayağı amputasiya olundu - Həkim yanlışlığı
19-09-2018, 15:59
“Dedi məni axtarmayın, qayıdacağam...”
26-06-2015, 21:22
Roza Zərgərli çempionlarla - FOTOLAR