Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gürcü polisi erməniləri Türkiyə səfirliyi qarşısına buraxmadı
Tarix: 25-04-2016 | Saat: 17:36
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Gürcü polisi erməniləri Türkiyə səfirliyi qarşısına buraxmadı

Ermənilərin aprelin 24-də Türkiyənin Tiflisdəki səfirliyi qarşısında planlaşdırdıqları “1915-ci il soyqırımı” aksiyası baş tutmayıb.

APA-nın məlumatına görə, Gürcüstan hökuməti aksiyanın keçirilməsinə razılıq verməyib.

Buna görə də erməni təşkilatları aksiyanı Tiflisin ermənilərin sıx yaşadığı Havlabar adlı rayonda, erməni kilsəsi qarşısında keçirmək qərarına gəliblər.

Gürcüstan mətbuatı isə Samsxe-Cavaxeti bölgəsində separatçılıq təhlükəsinin mövcud olmasından yazıb: “Erməni icmasının “xüsusi nəqliyyat” adlandırdığı nəqliyyat növü ilə Türkiyə səfirliyi qarşısına aksiya iştirakçılarını daşıyırsa, sabah eyni avtobus və yaxud “xüsusi nəqliyyat vasitələri” zirehli nəqliyat vasitələri ilə hərbçi və terrorçuları Gürcüstan ərazisinə daşıyacaq. Gürcüstan hökuməti belə məzmunlu aksiyalara göz yummamalıdır”. Yerli mətbuatda yer alan məqalələrdə qeyd olunub ki, erməni kilsəsi Gürcüstan dövlətçiliyi əleyhinə fəaliyyət göstərir.


Xəbəri paylaş

5898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___