Boğaz ağrısından qurtulmaq üçün 8 TƏBİİ ÜSUL
Tarix: 03-10-2016 | Saat: 14:32
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Havalar bir azca soyuyan kimi çoxumuz boğaz ağrısından şikayətlənirik. Əksəriyyətimiz də dərmandan istifadə etmədən bu problemdən qurtulmaq istəyirik. Əlbəttə ki, antibiotik istifadə olunmadığı müddətdə bitki mənşəli müalicələrdən yararlanmaq lazımdır. Evdə təbii üsullardan faydalanaraq boğaz ağrısının yaratdığı narahatlığı aradan qaldırmaq olar. "Xəbəraz.az " ev şəraitində istifadə edə biləcəyiniz təbii müalicə üsullarından bir neçəsi ilə sizi tanış edir.
- Sarımsaq bu müddətdə köməyə çatan ən faydalı tərəvəzdir.
- Boğaz ağrısı ilə mübarizədə gündəlik qidalanmada yer tutan meyvə suları da daxil olmaqla, şəkəri və süd məhsullarını menyudan çıxarın.
- Boğazdakı şişi və narahatlığı azaltmaq üçün saatda bir və ya daha tez-tez duzlu ilıq suyla qarqara edin. 1 stəkan ilıq suya yarım qaşıq duz əlavə edin. Duzlu su qarqarası balaca uşaq üçün də çox faydalıdır, hətta udsalar belə.
- Suyu əskik etməyin. Çay və ya şorba kimi ilıq içkilər boğazdakı narahatlığı azaltmağa köməkçi olur. Əgər uşaq boğaz ağrısı səbəbindən içməkdə çətinlik çəkərsə, şpritsdən istifadə edə bilərsiniz.
- Limon suyu da müalicəedici xüsusiyyətə malikdir, unutmayın.
- Ən klassik və etibarlı müalicə üsullarından biri olan sarımsaq limonadı xilaskarınız olacaq. Bunun üçün nazik doğranmış 2 diş sarımsağı bir qaba qoyun. Üzərinə 250 ml qaynar su əlavə edin və qapağını bağlayıb 30 dəqiqə saxlayın. Sarımsağı süzərək ayırın. İçinə bütöv bir limonu sıxıb suyunu əlavə edin, balla dadlandırın. İsti və ya ilıq halda içə bilərsiniz.
- Ekinezya və propolis tərkibli spreylər boğaz ağrıları, streptokok və virusa bağlı infeksiyalarda olduqca təsirlidir.
- Biyan kökü boğaz ağrılarına qarşı faydalıdır. Çaya qataraq için. Bu da klassik bir müalicə üsuludur.
Qeyd: ekinezya kökü, propolis, adaçayı yarpağı kimi bitki mənşəli boğaz spreyi vasitələrini hamiləlikdə istifadə etməyin.lent.az
Xəbəri paylaş
6648 dəfə oxunub.
Digər xəbərlər

6-04-2015, 12:56
Ermənistan silkələndi
15-01-2017, 21:36
Şəhid olan hərbçimiz 5 gün əvvəl ata olmuşdu - Dəfndən FOTOLAR
4-10-2021, 10:07
179 saylı orta məktəbdə Azərbaycan bayrağına hörmətsizlik- ŞOK VİDEO
17-03-2016, 13:36
Boşananlar ən çox hansı peşə sahibləridir?
13-04-2019, 17:19
Bu kişilərə ərə getməyin
29-09-2016, 16:49
Sumqayıtda fəhlələr beşinci mərtəbədən yıxılıb: Ölən var
13-06-2015, 18:01
Özçelik finalda Avstriyadan olan rəqibi Bettina Planka qalib gəlib
26-09-2022, 11:59
Afaq Aslana 765 minlik "LAMBORGHINI" HƏDİYYƏ EDİLDİ - VİDEO
12-12-2017, 16:01
Gəlinini güllələyib polisə təslim oldu
21-08-2015, 13:47
Hamiləlik ləkələrinə qarşı cəfəri MASKASI