Erməni girovluğunda olan Şahbaz Quliyevdən xəbər var - VİDEO
Tarix: 01-10-2016 | Saat: 20:24
Bölmə:Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər
Ermənilərin girovluğunda olan Şahbaz Quliyev ailəsinə növbəti dəfə məktub göndərib.
ARB Aran xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları məktubu onun Tərtər rayonu ərazisində yaşayan yaxınlarına çatdırıblar.
Girovun bacısı İlhamə Əsgərova deyir ki, o, məktubunda durumunun yaxşı olduğunu bildirib, salamlarını çatdırıb.
"Sonuncu məktub bir neçə gündür göndərilib. Şahbazın vəziyyətində ciddi dəyişiklik yoxdur. Durumu yaxşıdır", - deyə Şahbaz Quliyevin bacısı İlhamə Əsgərova bildirib.
5 övlad anası olan Sənəm nənə isə oğlu Şahbazın hələ də Rusiyada olduğunu düşünür. O deyir ki, kənd yerində yaşamaq onun üçün rahat olduğundan övladlarının yanında qalmır. Elə övladlarının da onu burada ziyarət etmələrini istəyir.
"Şahbazın iki qardaşı, iki bacısı var. Onun qardaşları Sumqayıtda yaşayırlar", - deyə Şahbaz Quliyevin anası Sənəm Quliyeva vurğulayıb.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.
Digər Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. Həsən Həsənovun meyidi düşməndən alınaraq Bakıda dəfn edilib.
Qondarma "məhkəmə" ötən il dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm" çıxarıb.
Xəbəri paylaş
6518 dəfə oxunub.
Digər xəbərlər

24-06-2017, 11:43
Hizbullah: Ərəbistan İranla savaşa cəsarət etməz
16-02-2022, 10:59
Qulaqdakı bu əlamət xərçəngə işarədir
15-07-2021, 11:28
Balaca uşaq gəlinciyin saçına görə barmağını itirəcəkdi - FOTO
8-12-2016, 21:50
Sabahın hava proqnozu: Şaxta kəskinləşəcək
6-10-2017, 16:28
“Sumqayıt Texnologiyalar Parkı” MMC ilə bağlı yeni xəbər var
20-08-2021, 11:55
Polislər mülki formada obyektlərə daxil olub yoxlamalar aparacaq
21-08-2016, 20:44
Azərbaycanda 14 yaşlı qızın FACİƏVİ SONU
18-03-2015, 13:49
Rusiya hərbçiləri Ermənistanda qradlardan atəş açır
27-09-2016, 15:31
Bakıda şok olay: Bacısını qaçıran qohumunu öldürüb, körpüdən atdı