Uşaqlar üçün sevgi nədir? - MÖHTƏŞƏM CAVABLAR
Tarix: 28-09-2016 | Saat: 11:52
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Aparılan araşdırma zamanı 4-8 yaş arası uşaqlara “Sevgi nədir?“ sualı verilib. Verilən cavablar isə çox geniş və dərin məna daşıyıb. Aile.lent.az həmin maraqlı cavabları təqdim edir.
Uşaqların dünyasında sevgi nədir?
Rebeka (6 yaş) - Mənim nənəm xəstələnəndə tərpənə bilmədiyi üçün ayaq dırnaqlarına “lak” çəkə bilmirdi. Onda mənim babam bu işi onun üçün həmişə özü edirdi. Bu, sevgidir.
Billi (4 yaş) - Əgər kimsə səni sevirsə, sənin adını xüsusi deyəcək. Və sən bilirsən ki, sənin adın onun ağzındaykən təhlükəsiz yerdədir.
Krissi (6 yaş) - Sevgi - yeməyə gedəndə qarşılığında heç nə istəmədən qızarmış kartoflarının yarısını həmin adama verməkdir.
Terri (4 yaş) - Sevgi – yorulanda belə, səni gülməyə məcbur edən yeganə şeydir.
Denni (7 yaş) - Sevgi - anamın atama qəhvə hazırlayanda ona vermədən əvvəl dadlı olub-olmadığına əmin olmaq üçün bir qurtum içməsidir.
Emili (8 yaş) - Sevgi o zaman yaşanır ki, həmişə öpüşərsiniz. Öpüşməkdən yorulanda isə bütün günü bir yerdə olmaq və söhbət etmək istəyirsiniz. Mənim atam və anamda da belədir. Onlar bir-birini öpəndə bir insan olurlar.
Noel (7 yaş) - Sevgi – bəyəndiyin oğlana “bu köynəyini xoşlayıram” dediyin üçün bütün günü həmin köynəyi geyinməsidir.
Kris (7 yaş) - Sevgi - anamın atama üst-başı çirkli olsa belə, Robert Redford kimi yaraşıqlı olduğunu deməsidir.
Meri Enn (4 yaş) - Sevgi – itini bütün günü evdə yalnız buraxsan da, yenə də gəlib qarşında oturmasıdır.
Cesika (8 yaş) - Əgər sən sevmirsənsə, “səni sevirəm” deməməlisən. Yox əgər sevirsənsə, sevdiyini həmişə deməlisən. İnsanlar isə bunu unudurlar.
5188 dəfə oxunub.
Digər xəbərlər

19-11-2016, 10:35
Məşhur müğənni vəfat etdi
7-03-2016, 22:35
Azərbaycanlı transseksual əri tərəfindən döyüldü - FOTO/VİDEO
29-06-2015, 18:27
I Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyətə başlayacaq.
5-05-2022, 09:18
Mətanətlə Canana barışdı - Məhkəmə olmayacaq
25-01-2022, 12:48
İstanbulda yağan güclü qar Bakıya gələcək? - RƏSMİ AÇIQLAMA
15-04-2017, 21:22
Azərbaycanda qəddarlıq: atı maşına bağlayıb dartır - ŞOK VİDEO
15-07-2017, 09:49
Aİ-92 markalı benzin bahalaşıb - RƏSMİ
14-03-2020, 08:14
Daha bir məşhur aktyor karantinə alındı
7-04-2017, 11:24
Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində olub - FOTO