Rus qızı qəbiristanlıqda zorladılar - Cəlilabadda biabırçı hadisə
Tarix: 14-09-2016 | Saat: 15:37
Bölmə:Karusel / Hadisə | çapa göndər
Cəlilabad rayonunda dəhşətli hadisə baş verib.
Təxminən bir həftə öncə Rusiyadan Azərbaycana gələn gənc qız Cəlilabadda zorlanıb.
Rusiya Federasiyasının Omsk vilayətindən olan qadın orada yaşayan azərbaycanlı oğlanın xahişini yerinə yetirmək üçün Cəlilabad rayonunun Günəşli kəndinə gedib. Belə ki, həmyerlimiz həmin xanıma gül verib və xahiş edib ki, Günəşli kəndinin qəbiristanlığında olan atasının qəbrinin üstünə qoysun. Rusiyalı qadın bu xahişi yerinə yetirmək üçün Cəlilabada gedib. Alar kəndinə taksidən düşərək Günəşli kəndinə gedən maşına minib.
Sözügedən qızla eyni maşında Bakıdan gələn gənc oğlan yolda söhbət zamanı hadisəni bilib və kənddəki tanışlarına bu barədə məlumat verib. Rus qız qəbiristanlığa daxil olduqdan sonra həmin şəxslər ona hücum ediblər. Qızı döyərək uzun müddət zorlayıblar.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi açılıb. Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb. Cəlilabad rayon prokurorluğu və polis şöbəsi faktı təsdiqləyib. Lakin ətraflı məlumat verilməyib.
Hadisə ilə bağlı Rusiya səfirliyi də məlumatlandırılıb. Zərərçəkən xanım səfirliyə şikayət edib. (qafqazinfo)
Xəbəri paylaş
7778 dəfə oxunub.
Digər xəbərlər

9-12-2019, 02:35
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
28-04-2017, 08:41
Azərbaycanın görkəmli alim-oftalmoloqu, akademik Zərifə Əliyevanın anadan olmasının 94 ili tamam olur
23-06-2017, 16:13
Daha bir dünya ulduzu "Formula" üçün Bakıdadır / FOTOLAR
7-09-2017, 16:53
Azərbaycanlı prodüser təriflər yağdırdı: "Aygün Kazımova- bu sənətinə düz 30 ilini..."
29-04-2017, 12:48
Məkkədə türkiyəli zəvvarlar arasında toqquşma — yaralılar var - FOTO
15-12-2016, 11:07
Avropa ABŞ-a qarşı Rusiya ilə birləşir – Şok bəyanat
17-05-2015, 14:06
“Qarabağ”ın matçından sonra bədbəxt hadisə və həbslər – VİDEO
5-02-2018, 10:37
Sumqayıtda 18 yaşlı hamilə qadın evində ölü tapıldı - FOTO
5-06-2018, 20:05
İtaliyada azərbaycanlı tələbə ölüb
18-01-2018, 15:02
Millimiz FİFA reytinqində gerilədi