Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanın görkəmli alim-oftalmoloqu, akademik Zərifə Əliyevanın anadan olmasının 94 ili tamam olur
Tarix: 28-04-2017 | Saat: 08:41
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Azərbaycanın görkəmli alim-oftalmoloqu, akademik Zərifə Əliyevanın anadan olmasının 94 ili tamam olur

Bu gün Azərbaycanın məşhur alim-oftalmoloq, akademik Zərifə Əliyevanın 94 yaşı olacaqdı. Akademik Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, tanınmış dövlət və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb.

"Xəbəraz.az " xəbər verir ki, Azərbaycan Tibb Universiteteinin (ATU) oftalmologiya kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Amerika Oftalmoloji Akademiyasının həqiqi üzvü, professor, doktor Paşa Muşayev (Qəlbinur) Zərifə Əliyeva haqqında xatirələrini Day.Az-la bölüşüb.

"O, zamanı qabaqlamış alim idi"

Zərifə Əliyeva - o insanlardandır ki, haqqında pedaqoq, alim, həkim, həmkar, ailə ocağının qoruyucusu kimi də danışmaq olar. Və bütün bu müxtəlif həyat sahələrində o, ən yüksək qiymətə layiqdir. Onun oftalmologiya elmi qarşısındakı xidmətlərini tam qiymətləndirmək mümkün deyil. Sadəcə, demək kifayətdir ki, məhz onun sayəsində Azərbaycanda möhtəşəm və qürurumuz olan Milli Oftalmologiya Mərkəzi fəaliyyət göstərir.

Zərifə Əliyeva deontologiya elminin əsasında durub. O, həkim-pasiyent münasibətləri mövzusuna elmi-fundamental baxımdan ilk müraciət edənlərdən biri olub. Moskvada nəşr olunan "Вестник офтальмологии" jurnalında onun sonradan broşüra halında işıq üzü görən və elm aləmində böyük əks-səda doğuran deontologiya haqqında elmi məqaləsi çıxmışdı. Qeyd edim ki, jurnalın baş redaktoru dünya şöhrətli alim, Ümumittifaq Göz Xəstəlikləri İnstitutunun direktoru, akademik M.Krasnov idi. O zamanlar Azərbaycan elmini Moskvada təmsil etmək və özü ilə hesablaşmağa məcbur etmək heç də asan iş deyildi. Zərifə xanım isə buna nail oldu - özü də çox böyük müvəffəqiyyətlə. O, Sovet İttifaqında və ölkə xaricində həmkarları arasında böyük nüfuza malik idi.

Üstündən onilliklər keçib və bu gün dünyanın çoxlu alimləri həkim və pasiyent münasibətləri mövzusuna bu məsələnin elmi və etik tərəfindən yanaşırlar. Amma Zərifə xanım deontologiyaya elmi yanaşmanın pionerlərindən biri idi. O, zamanı qabaqlamış alim idi. Onun apardığı tədqiqatlar illər keçdikcə daha aktual və dəyərli olurdu.

Zərifə Əliyeva insanları düşünür və onlara qayğı göstərirdi. Bunu onun elmi tədqiqatlarında ən bariz şəkildə görmək olur. Belə ki, o gözün peşəkar patologiyası mövzusuna müraciət edən ilk şəxs idi. Onun rəhbərliyi altında Bakı Kondisionerlər Zavodunda SSRİ-də ilk dəfə ekoloji fəlakətlərin, zərərli istehsalatın və digər mənfi təsirlərin görmə orqanına təsirini araşdıran böyük bir laboratoriya yaradıldı. Bu araşdırmanın nəticələri çox yüksək qiymətləndirildi. Aparılan tədqiqat işlərinə görə o, SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görüldü.
Zərifə Əliyeva, həmçinin iridodiaqnostikanın - gözün buynuzlu gişası üzrə diaqnostika üsulunun pionerləri sırasında, qeyri-ənənəvi təbabətin bu sahəsi üzrə SSRİ-də ilk monoqrafik toplunun müəlliflərindən biri olub.

Zərifə Əliyeva həyatı boyu çox şeyləri etməyə nail olub və onun oftalmologiya elminə töhfəsi bütün insanlara xidmət edir. Onun çoxsaylı şagirdləri və ardıcılları sayəsində bu gün Azərbaycanda oftalmologiya elmi inkişaf edir. Mən özümü onun şagirdi adlandıra bilməyimlə, uzun illər ondan öyrənmək kimi xoşbəxt imkan qazandığıma, onunla bir kollektivdə olduğumla fəxr edirəm. Xarici ezamiyyətlər zamanı mənə onun digər ölkələrdə çalışan yetirmələri ilə bir neçə dəfə görüşmək nəsib olub. Bunlar onlara Zərifə Əliyevanın elmdə xeyir-dua verdiyi yüksək dərəcəli mütəxəssislərdir. Və bu gün onlar öz müəllimlərini böyük hörmət və fəxrlə yada salırlar.

"Onun ürəyi insanlara qarşı geniş açılmışdı"

Zərifə Əliyeva həddən artıq təvazökar, çox yüksək mədəniyyətə malik insan idi. O, hamıya açıq idi və akademiklərə də, fəhlələrə də, professorlara da, sanitarlara da eyni cür yanaşırdı. Sadə insanlara qarşı onlara həmişə kömək etməyə çalışaraq xüsusi diqqət ayırırdı. İnsanlar da onun şəfqətini və səmimiliyini hiss edərək ona doğru can atırdılar, onun yanına kömək və məsləhət üçün gedirdilər.

Mən Zərifə xanıma çox şeyə görə minnətdaram. O məsləhətləri ilə mənə bir neçə dəfə kömək edib, mənə elmi axtarışlarımda istiqamət verirdi. Artıq sonra, Ümumittifaq Göz Xəstəlikləri İnstitutunda əvvəlcə aspirantura, sonra doktoranturada təhsil alanda mənə Zərifə xanımla elmi tədbirlərdə, "Вестник офтальмологии" jurnalının redkasiya heyətinin iclaslarında görüşmək və onunla söhbət etmək nəsib olub. Və hər dəfə də o, mənim elmi işimin necə getməsi ilə çox diqqətlə maraqlanırdı. Bir dəfə isə məni çox sevindirib dedi ki, Heydər Əliyev də uğurlarımı izləyir.

Onlar, həqiqətən də, inanılmaz dərədəcə nadir insanlar idi.

"Qeyri-adi taleli qeyri-adi qadın"

Zərifə xanım çox məşğul olmasına baxmayaraq, həmişə sevən həyat yoldaşı və qayğıkeş ana olaraq qalırdı. O, öz övladları ilə, onların uğurları ilə fəxr edirdi, daim onlara görə narahat olurdu, iş günü ərzində evə dəfələrlə zəng edirdi. O, həyat yoldaşı, ümummilli lider Heydər Əliyevin fəaliyyətinə böyük qürurla yanaşırdı.

O, geniş baxışı və maraqları olan insan idi. Onun musiqidən, poeziyadan çox gözəl başı çıxırdı, incə yumor hissinə malik idi. Ona tələbələri və pasiyentləri hörmət edirdi, dostları və həmkarları sevirdi.

O, qeyri-adi taleli qadın idi. O, həm ailəsini, həm elmi, həm də Azərbaycanı layiqincə təmsil edirdi. O İnsan, Alim, Ana, Həyat yoldaşı, Vətəndaş idi.

Zərifə xanım haqqında onun pasiyentlərinin, şagirdlərinin, həmkarlarının qoruyub yaşatdığı xatirələr qəlbimizdə onun nurlu obrazını canlandırır. Axı fəlsəfi mənada insan ömrü onun vəfatı ilə bitmir, nə qədər ki xatırlanır, davam edir. Əzəmətli dağ ona hansı tərəfindən baxmağından asılı olmayaraq əzəmətini itirmir. Uzaqda olan ulduzların işıqları da bizə dərhal gəlib çatmır, amma biz onlardan uzaqlaşdıqca onlar bizə daha gur işıq saçır.

Zərifə Əliyeva da belədir. Onun nuru bizimlə qalır və yolumuzu işıqlandırmaqda davam edir.

Leyla Tariverdiyeva söhbətləşdi



3818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___