Binəli Yıldırım Azərbaycana gələcək
Tarix: 25-08-2016 | Saat: 17:48
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu gün SOCAR prezidenti Rövnəq Abdullayevlə “Türkiyə Petrolleri A.O” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündarın görüşü olub.
SOCAR-dan verilən məlumata görə, görüşdə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının bu ilin oktyabrında Bakıda keçiriləcəyi haqqında SOCAR prezidentinə məlumat verilib.
Bildirilib ki, builki qurultay Heydər Əliyevin xatirəsinə həsr olunacaq.
Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili Heydər Əliyev irsinin öyrənilməsi ili elan edib. “Energetika və nəqliyyatda meqa-layihələr” adı altında təşkil olunacaq bu mötəbər tədbirin açılışında və işində Türkiyə Cümhuriyyətinin baş naziri Binəli Yıldırımın iştirak edəcəyi qeyd olunub.
Təşkilat Komitəsi tərəfindən SOCAR prezidentini Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin fəxri üzvü kimi qurultaya dəvət etmək haqqında qərar qəbul olunduğu bildirilib.
S.Dündar Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirçinin imzaladığı dəvətnaməni SOCAR prezidenti Rövnəq Abdullayevə təqdim edib.
Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının Heydər Əliyevin xatirəsinə həsr olunmasını və Bakıda keçirilməsini yüksək qiymətləndirən R.Abdullayev qurultayın fəxri nümayəndəsi statusuna layiq görüldüyü üçün təşəkkürünü bildirib.
Xəbəri paylaş
7258 dəfə oxunub.
Digər xəbərlər

16-12-2022, 11:20
FHN bağladığı mağaza Şəbnəm Tovuzlunun ərinin imiş - FOTO
23-06-2017, 09:54
Tarkan Bakıdadır – Foto
14-06-2017, 12:06
Azərbaycanda ilk Qədr gecəsi qeyd olunub-Fotolar
23-08-2017, 11:38
Mələyin qalmaqallı sinə dekoltesi – FOTO
4-06-2019, 11:22
Azərbaycanda Ramazan bayramının VAXTI AÇIQLANDI
16-04-2017, 18:17
İSTİ GÜNLƏR BAŞLAYIR: havanın temperaturu 25 dərəcəyə çatacaq
6-07-2017, 16:20
Burak Özçivitdən bal ayında Fahriye Evcenə qarşı laqeydlik - FOTO
21-07-2015, 01:21
İki illik ABŞ büdcəsi havada uçdu
26-09-2018, 10:50
"Kişinin də vəhşisini sevirəm" - Təranə Qumral
19-05-2015, 18:30
Dəhşətli yanğından uşaqların xilas olunma anı -VIDEO