Qonşu ölkələrdə Ramazan bayramının bu günə təsadüf etməsi səbəbindən bəzi şəxslər bayramın bu gün olduğunu, digərləri isə sabah bayram namazı qılınacağını deyir. Bu da insanlarda çaşqınlıq yaradıb.
Xəbəraz.Az xəbər verir ki, Qafqaz Müsalmanları İdarəsi (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova açıqlamasında deyib ki, bir qrup adam hər il bu cür çaşqınlıq yaradır.
Onun sözlərinə görə, müxtəlif ölkələrdə coğrafi en dairələrində müxtəliflik ola bilər: "Amma Azərbaycanda bu gün axşam saatlarında ay görünəcək. Səhər isə bayram namazı qılınacaq".
Şamaxı Astrofizika Rəsədxanasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sosial şəbəkələrdə ayın görünməsi ilə bağlı yayılmış şəkil dezinformasiyadır, 2007-ci ildə çəkilib: "Azərbaycanda Ramazan bayramı sabahdır. Ay bu gün saat 20:00 və 21:00 arası qərb istiqamətində görünəcək".
Qeyd edək ki, QMİ-nin verdiyi rəsmi məlumata əsasən, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də, saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.
Azərbaycanda Ramazan bayramının VAXTI AÇIQLANDI
Tarix: 04-06-2019 | Saat: 11:22
Bölmə:M / Karusel / Gündəm / İbadət | çapa göndər
Xəbəri paylaş
5748 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-06-2019 | Saat: 11:22
Bölmə:M / Karusel / Gündəm / İbadət | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
29-05-2016, 17:05
Ucar və Qusarda tövlə yanıb
18-07-2016, 16:28
Helikopterlər MİT-in binasını belə bombalayıb - Video
8-05-2019, 14:25
İlham Əliyev xalq artistinə mənzil hədiyyə etdi
1-09-2015, 21:02
Avstraliyada ana narkoman oğlu üçün xüsusi qəfəs düzəltdirdi
24-01-2016, 18:35
“Bu stil mənim”də qalmaqal: Məcburən deyilirdi ki, dalaşın – VİDEO
17-06-2016, 22:12
İtaliya 1/8-ə vəsiqə qazandı
14-11-2018, 16:27
Dəhşətli yanğında həlak olan uşaqlar...
28-05-2016, 19:48
Tacikistanla yeni əlaqələr yaradılır