Bakıda qızını öldürən ana: "Dedi ki, məni zorlayıblar, mən də onu öldürdüm"
Tarix: 04-08-2016 | Saat: 18:36
Bölmə:Karusel / Hadisə | çapa göndər
Daxili İşlər Nazirliyi (DİN) Bakıda ananın qızını öldürməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərova tutulub.
Sabunçu rayon prokurorluğundan Sputnik-ə verilən məlumata görə, hadisə ötən gün saat 5 radələrində baş verib. Cinayət Cəfərovlarun yaşadığı evdə törədilib. Qadın qızını öldürdüyü barədə ilk olaraq qonşulara xəbər verib və onlardan polis çağırmağı rica edib.
Aparılan araşdırmalar zamanı məlum olub ki, Cəfərova öz qızını (onun 3 uşağı var) hirsindən şarfla boğub. Qız anasına zorlandığını deyərək ondan kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb.
Ana istintaqa bildirib ki, belə bir biabırçılığa dözə bilməyib, ona görə də cinayətə əl atıb. Hazırda rayon prokurorluğunda fakt üzrə araşdırma aparılır.
Züleyxa Cəfərova ilə bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.
Xəbəri paylaş
7338 dəfə oxunub.
Digər xəbərlər

26-07-2015, 23:51
Hava hücumlarının dördüncü dalğası başladı - PKK-ya bomba yağır
30-01-2019, 10:33
“WhatsApp”da gizli funksiya tapıldı
10-04-2015, 01:09
Əkiz qardaşları maşın vurdu- Sürücü qaçdı
23-06-2022, 11:32
İstanbulda yaşayan azərbaycanlını kürəkəni öldürdü - FOTO
30-12-2017, 14:31
ANS-in ABŞ-a köçən keçmiş əməkdaşı həmcinsi ilə evləndi - FOTO
10-05-2018, 19:40
Zakir Qaralov bu cinayətin araşdırılması üçün xüsusi göstəriş verdi
20-08-2019, 18:04
Ramin Quluzadə və müavini vətəndaşlarla görüşəcək
14-05-2016, 17:01
Azərbaycanda cinsi azlıqlarla bağlı layihə keçiriləcək
6-08-2022, 12:47
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
1-02-2022, 12:09
Fevralın əvvəli hava soyuyacaq