Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Astroloqlardan ölkəmiz və Türkiyə ilə bağlı bədbin proqnozlar: “Yaxın iki ayda”
Tarix: 23-07-2016 | Saat: 12:26
Bölmə:Karusel / Gündəm / M2 / Qoroskop | çapa göndər

Astroloqlardan ölkəmiz və Türkiyə ilə bağlı bədbin proqnozlar: “Yaxın iki ayda”
Səbuhi Rəhimli: “Yaxın iki ayda, ən yaxşı halda sentyabra qədər vəziyyət sabitləşməyəcək”; Firudin Qurbansoy: “Azərbaycanın yaşadığı, gördüyü hadisələr yaxşı heç nə vəd etmir”

Astroloqlar proqnozlarında 2016-cı ilin Azərbaycanda və dünyada terror, sui-qəsd və qarışıq bir il olacağını bildirmişdi. Bu il Meymun ili olduğundan və meymunda oynamağı sevdiyi üçün siyasi arenada da müxtəlif oyunların dönəcəyi bildirilirdi.

Bir neçə astroloqun bu istiqamətdə verdiyi proqnozları xatırlayaq. Məsələn, astroloq Səbuhi Rəhimli Meymun ilinin ən dəhşətli terror və sensasiyalı sui-qəsdlərlə yadda qalacağını, az qala hər ölkədə terror olacağını bildirmişdi. Digər astroloq Firudin Qurbansoy isə qlobal hadisələrlə zəngin bir il olacağını bildirmişdi. Doğrudan da bu cür oldu. Bu yayı son 10 ilin ən “soyuq” yayı adlandırmaq olar. Türkiyədə baş verən terror hadisələri, hərbi çevrilişə cəhd, Azərbaycanda da qarşıda gözlənilən referendum dəyişiklikləri siyasi hərarətin artıracağına işarədir.

Bəs astroloqlar indi nə düşünür, bizi və Türkiyəni nə gözləyir?

Astroloq Səbuhi Rəhimli Türkiyədə vəziyyətin sentyabra qədər stabilləşməyəcəyini dedi: “Böyük güclərin 11 sentyabr hadisələri ilə başlatdığı ”dünya düzənini dəyişmək” layihəsi Əfqanıstanda start götürdü, 2003-cü ildə koalisiya qüvvələrinin İraqa hücumu ilə ciddi müstəviyə keçdi. Sonradan Şimali Afrika ölkələrində, o cümlədən Suriyada özünü daha qabarıq şəkildə göstərdi. Qlobal müharibələr kiçik müharibələri öz tərkibinə qatdı, məhəlli münaqişələr dondurulmuş hala gətirildi. 2015-ci ilin sonlarında artıq siyasi hədəflərin üfüqləri bəlli olduğu üçün metodlar fərqli tərzdə cərəyan etdi. İlin əvvəlində də dediyim kimi, artıq İŞİD və “Boko-Haram” kimi silahlı təşkilatlar öz missiyasını bitirmiş oldu – İŞİD öz məğlubiyyət silsiləsini yaşayır, “Boko-Haram”ın isə az qala səsi çıxmır. Şərqin alovunun Qərbə keçdiyini də görürük. Fransada, Almaniyada, Belçika və digər ölkələrdə baş verən terrorlar, Böyük Britaniyanın AB-dən çıxması vəziyyətin mürəkkəbliyini ortaya qoyur. Bütün bu proseslərdə dünyanın diqqət mərkəzində olan Türkiyənin neytral qalması mümkünsüz idi. Üstəlik, bəzi qüvvələrin regiona təsir imkanlarını günü-gündən artıran Türkiyədə həssas sabitliyi pozmaq cəhdi məlum hadisələrə səbəb olmalı idi. Ardıcıl terrorlar, Rusiya ilə hərbi, siyasi, iqtisadi qalmaqal, ən nəhayət, qiyam-çevriliş olayları qardaş ölkədə bəzilərinin hədəfə aparan planları idi. Türkiyə ilə bağlı yalnız onu deyə bilərəm ki, yaxın iki ayda, ən yaxşı halda sentyabra qədər vəziyyət sabitləşməyəcək. Gözlənilməz olaylar da hər an mümkündür. Gələn həftədən müəmmalı çox hadisələrə aydınlıq gələcək, insanlar şokdan çıxmağa başlayacaq, qarşılıqlı ittihamlar artacaq. Avqustun ortalarına qədər vəziyyətin nəzarətdən çıxma ehtimalı da mümkündür. Azərbaycana gəlincə, “Yeni Müsavat”a verdiyim illik proqnozlarımda da vurğuladığım kimi, terror təhlükəsi var. Düzdür, bunu daha çox yaz ayları üçün göstərmişdim, lakin hər bir ölkədə təxribatçı qüvvələrin fəallaşdığı bir zamanda, üstəlik, müharibə vəziyyətində olmağımız bu problemin hər zaman aktiv müstəvidə olmasına dəlalət edir”.

S.Rəhimli son günlərin siyasi qərarlarının ictimaiyyətin narazılığını artıracağını dedi: “Sosial problemlərin maksimum səviyyəyə qalxdığı ölkəmizdə bir tərəfdən də kommunal xərclərin qaldırılması haqqında qərarların verilməsi, əhalinin borclardan əziyyət çəkməsi, hətta ardıcıl intiharlar təbii ki, ölkəmizdə də gərginlik yaratmaqdadır. Son günlərin siyasi qərarları ictimaiyyətin hər an artan narazılığına yol açmaqdadır. Amma siyasi müxalifətin son qərarlara ehtiyatlı, bir az da cəsarətsiz görünən yanaşmaları güclü etirazların, böyüyən qarşıdurmaların yaranacağına az ehtimal verir. Açıq deyim ki, dünyanın qarışdığı indiki zaman kəsimində müxalif liderlərin lazımi müqavimət göstərəcəyinə inanmıram. Çünki həmişəki kimi, dünyanın demokratik institutları onları müdafiə etməyəcək. Narazı kütləyə təsir etmək imkanına isə iqtidar imkan verməyəcək. Hər halda, bunlar mənim qənaətimdir, doğrusunu zaman göstərəcək”.

Digər astroloq Firudin Qurbansoy isə baş verən hadisələrin heç birini ciddi hesab etmədiyini dedi: “Bu il Meymun ilidir. Meymun da oynamağı xoşlayır. Baş verən bütün hadisələrin əslində hamısı səhnədir. Heç birində həqiqət yoxdur. Bir var kütlə üçün, bir də var həqiqət. Bunların da heç biri həqiqət deyil. Həqiqət çox təəssüflər olsun ki, acı nəticələrdir. Amma mahiyyət, baş verən hadisələrin kökü heç də təqdim olunan kimi deyil. Bunun dərinliyinə varmaq 10-15 ilə mümkün olacaq. Amma ilk baxışdan görünən odur ki, çox pis şəkildə oynanılan ssenaridir. Sənətşünaslar, teatrşünaslar hansısa filmə baxıb bilirlər bu yaxşı, yoxsa pis filmdir. İndi baş verən hadisələr elə pis bir filmdir ki, elə baxanda görürsən ki, bu, çox istedadsız rejissorun, operatorun, aktyorların işidir. Mən bu baş verənlərin heç birini ciddi hesab etmirəm. Çünki bilirəm ki, hamısı bir oyundur və türk xalqı çox böyük müsibətlərlə üzləşəcək. Türkiyə tarix boyu qazandıqlarının böyük bir hissəsini itirəcək”.

Azərbaycanla bağlı baş verə biləcək hadisələrə gəlincə isə astroloq bahalığın, ölkəmizin yaşadığı hadisələrin yaxşı şeylər vəd etmədiyini dedi: “Azərbaycanın yaşadığı, gördüyü hadisələr, bahalıq yaxşı şeylər vəd etmir. Elektrikin qiyməti artıb, bu, dəfələrlə artacaq və insanlar öyrəşəcək. Heç eşitmisiniz ki, bu son 30 ildə nəyinsə qiymətini aşağı salsınlar? Hər şeyin qiyməti axı niyə artmalıdır? Bizim camaatımız insan deyil? Kasıb lap kasıblaşır, bədbəxt lap bədbəxt olur. Azərbaycanın əhalisi 9 milyondur, lap olsun 15 milyon. Axı bu böyük rəqəm deyil. Bu heç bir şəhərin əhalisi deyil. İstanbulun əhalisi Azərbaycanın əhalisinin sayından böyükdür. Olmaz axı belə, bu bədbəxt xalqı bir az xoşbəxt etməyə dəyər”.

Musavat.com



1 4968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___