İşğal olunmuş ərazilərimizi unutma! Metroda YENİ LAYİHƏ
Tarix: 22-07-2016 | Saat: 17:27
Bölmə:Karusel / Hadisə | çapa göndər
İyulun 22-dən Bakı metropoliteninin stansiyalarında işğal altında olan torpaqlarımıza həsr olunmuş növbəti sosial layihəyə start verilib.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, tədbir çərçivəsində “Azadlıq prospekti”, “Nəsimi”, “Elmlər Akademiyası”, “Nizami”, “28 May”, “Qara Qarayev”, “Neftçilər”, “Koroğlu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyalarında işğal altında olan ərazilərimiz haqqında məlumatlar xüsusi tərtib olunmuş stendlərdə nümayiş etdirilir.
Statik lövhələrdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımız haqqında ümumi məlumatla yanaşı, ərazilərimizin işğal tarixi, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimiz vətəndaşlarımıza bir daha xatırladılır. Layihənin məqsədi bu hadisələri yaddaşlarda möhkəmləndirmək, eləcə də şəhərimizə təşrif buyuran əcnəbi qonaqların işğal olunmuş ərazilərimizə diqqətini cəlb etməkdir.
Stendlərdə Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları haqqında məlumatların əks olunması, əhali arasında, xüsusən də gənclərdə vətənpərvərliyin təbliğinə və tərənnümünə yönəldilmiş aksiyanın davamıdır.
Xəbəri paylaş
6328 dəfə oxunub.
Digər xəbərlər

11-05-2017, 19:55
Novruz Əzimov “Neftçi”nin məşqçisi oldu
10-08-2020, 12:30
Bərdədə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
4-07-2018, 13:41
Millət vəkili vətəndaşlara çağırış etdi: “Dövlətin gücünə arxalanın”
2-02-2018, 14:37
Prezident TV və radiolarla bağlı qanunu dəyişdi
28-05-2016, 12:50
AB Suriya sanksiyalarının vaxtını uzatdı
1-08-2022, 13:37
Bakıda ərini qətlə yetirən qadın: "Oturub xırıltısının kəsilməsini gözlədim" - TƏFƏRRÜAT
16-01-2019, 13:23
İlham Əliyev “SOCAR karbamid” zavodunun açılışında-Fotolar
7-11-2017, 17:35
Geomaqnit qasırğası başladı - XƏBƏRDARLIQ
9-02-2018, 11:30
Deputat: İlham Əliyev bir daha təsdiq etdi ki, hər bir azərbaycanlının prezidentidir
7-07-2019, 01:35
Xaçmazda 19 yaşlı qızı maşın vurdu