Ərdoğan anons verdi: “Önəmli qərarlar açıqlanacaq”
Tarix: 19-07-2016 | Saat: 09:09
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər
"Çərşənbə günü Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabineti toplanacaq, önəmli qərarlar açıqlanacaq”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İstanbulda vətəndaşlar qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib.
Ərdoğan bildirib ki, yaxın günlərdə ölkənin Ədliyyə nazirliyi müvafiq sənədləri hazırlayaraq Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a rəsmi müraciət edəcək.
Ölüm cəzasının bərpası ilə bağlı Ərdoğan bildirib ki, xalq tərəfindən belə bir tələb irəli sürülübsə o zaman məsələyə parlamentdə baxılmalıdır: “Parlament edam qərarını qəbul etsə, mən onu təsdiq edəcəm. ABŞ-da ölüm cəzası yoxdurmu? Çində yoxdurmu? Ölüm cəzası yalnız Avropa İttifaqına üzv ölkələrdə yoxdur. Biz buna bir imza atdıq, doğrudur. Lakin bu imza necə atılıbsa, elə də geri götürülə bilər. Yetər ki parlamentimiz qərar versin”, deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyədə bu ilin 15 iyulunda hərbi çevrilişə cəhd olub. Cəhdin qarşısını almaq üçün meydanlarda toplaşanlar qiyamçıların cəzalandırılması üçün ölüm cəzasının bərpasını tələb edən şüarlar səsləndiriblər.
Xəbəri paylaş
5768 dəfə oxunub.
Digər xəbərlər

15-03-2021, 20:44
Bakıda ilahiyyatçı bıçaqlandı
22-02-2020, 09:55
"DTX-nin Neftçalada keçirdiyi əməliyyatdan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır..."
3-07-2017, 16:46
Vatsapdan daha bir yenilik: Gecə rejimi işə düşdü
9-12-2017, 18:41
İşlərin düyününün açılmasına yardım edən əməllər
30-07-2016, 10:40
Qoca əxlaqsız qadınlar bu evdə yaşayır - FOTOLAR
29-05-2019, 10:46
Zamirə Hacıyeva milyonları nəyə xərcləyib?
22-04-2021, 21:37
Azərbaycanda sələmə pul verən müğənni qətlə yetirilib - TƏFƏRRÜAT
25-12-2016, 09:55
Mehriban xanım İlham Əliyevi belə təbrik etdi - Fotolar
27-11-2016, 11:09
İlham Əliyev rusiyalı nazirlə görüşdü - Foto
29-06-2020, 13:08
Təhsil Nazirliyi bu vəzifələrə işçi axtarır - SİYAHI