Məcburi köçkünlər, şəhid və əlil övladları magistraturada ödənişsiz təhsil alacaqlar
Tarix: 19-07-2016 | Saat: 07:08
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 18 iyul 2016-cı il tarixli fərmanında əksini tapıb.
Fərmana əsasən Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Dövlət başçısının digər fərmanı ilə AMEA-nın magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının da təhsil haqqı təhsil haqqı dövlət tərəfindən ödəniləcək.
Xəbəri paylaş
5718 dəfə oxunub.
Digər xəbərlər

15-11-2019, 13:39
Ramiz Yunus Arif Hacılını istefaya çağırdı
9-09-2022, 14:02
Siyəzən camaatı neftin cəfasını, məmurlar isə səfasını görür… - “Siyəzən Neft”in ərazisində nələr baş verir..?
12-01-2023, 10:31
Sevda üçüncü dəfə ailə qurur
23-03-2017, 12:31
Məktəb direktorları iş yerini necə dəyişə bilər? - QAYDA
31-08-2016, 09:47
Dünyanın 8-ci möcüzəsi - VİDEO
14-08-2020, 17:39
Zülfiyyə Xanbabayeva yeni imicdə - FOTOLAR
1-04-2015, 00:29
Bürcləri izləyənlər üçün 1 APREL
8-04-2019, 22:33
İrandan ABŞ-a sərt CAVAB
21-01-2016, 17:16
Daha bir ölkədə “mini yubka” geyinmək qadağan edildi