Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Siyəzən camaatı neftin cəfasını, məmurlar isə səfasını görür… - “Siyəzən Neft”in ərazisində nələr baş verir..?
Tarix: 09-09-2022 | Saat: 14:02
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər




Siyəzəndə  çayların üstündəki daş, qum-çınqıl karxanaları təbii fəlakət yaradır… 

Haqqında bəhs edəcəyimiz Siyəzən rayonu barədə qısa bir tarixi məlumat verək. Deməli, ötən əsrin  1938-39-cu illərində  güclü neft yataqlarının kəşf olunması  Siyəzən rayonunun inkişafında önəmli rol oynadı. Və beləcə Siyəzən rayonu  Azərbaycanın  güclü neft rayonlarından birinə çevrildi. Əslində neft kəşf olunana  qədər  Siyəzən çox səfalı, zəngin təbiəti olan, meyvəçiliklə, heyvandarlıqla məşğul olan rayon idi. Sözün qısası, indi görək neft və qaz  yataqları Siyəzənə nələr gətirib..? 
Gündəlik-Bakının reportyor qrupu  Siyəzəndə gördüklərini, çəkdiklərini olduğu kimi cəmiyyətə və dövlət qurumlarına  təqdim edir. Belə ki, “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinə məxsus ərazilərdəki  neft və mazut gölməçələri  adamı dəhşətə gətirir. Neft quyularının  ətrafı təhlükə mənbəyidir. İraq olsun burada hər an dəhşətli yanğınlar baş verə bilər. Əbəs yerə deyil ki, bir müddət əvvəl FHN-nin nazir müavini mətbuata açıqlamasında  bildirib ki, Siyəzən rayonunda baş verə biləcək yanğınların söndürülməsinə aylarla vaxt sərf oluna bilər: “Siyəzəndə baş verə biləcək yanğın daha ciddi və təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər. Əgər baş verən yanğınlar rayon ərazisindəki neft quyularına çatarsa, ciddi fəsadlar yaranar”. Söhbət təkcə  neft yataqlarının ətrafındakı  ekoloji cəhətdən  çirkli gölməçələrdən getmir. Həm də mediada yayılan xəbərlərdən bəlli olur ki, dəfələrlə  Siyəzənneftin ərazisində uzunluğu kilometrlərlə ölçülən borular,  naqillər oğurlanıb. Bu hələ harasıdır..? Siyəzənneft-in rəhbərliyi  guya neft ərazilərinin zəbt olunması adı altında  vətəndaşları öz evlərindən  bayıra atırlar. Əlbəttə, biz kimlərinsə  neft ərazilərində ev tikməsini  təqdir etmirik. Amma… Əmması odur ki, vətəndaşlar illər öncə bu əraziləri sotu 1000-1500 manata bələdiyyələrdən alıblar. Görəsən, onda  Siyəzənneft-in rəhbərliyi niyə səsini çıxarmırdı..? Sonra onu da qeyd edək ki,  Siyəzənneftin rəhbərliyi  ixtisar adı altında  onlarla imkansız ailənin başçılarını işdən uzaqlaşdırıb. Hətta işdən çıxarılan şəxslərdən birinin intihar etməsi xəbəri də yayılıb. Bir sözlə, Siyəzən camaatı neft və qazın  cəfasını,  məmurlar isə səfasını görür. Biz hələ  neft istehsalı zamanı  atmosferə  atılan səmt qazının insanların sağlamlığına vurduğu  ziyanı demirik.  Məlumdur ki, Siyəzən ərazisindən keçən Alaçay ( Ataçay) öz içməli suyu ilə zəngindir və rayonun ərazisindən keçən su kanalı  Ceyranbatan  su hövzəinə axır. Bəli, bu çay daşqın rejimli çaydır. Yəni ilin müxtəlif vaxtlarına daşıb təhlükə yaradır. Sakinlərin dediyinə görə, rayon ərazisindən keçən su kanalına  dəfələrlə  az yaşlı uşaqlar düşüb.  Və bəzən onları xilas da etmək mümkün olmayıb. Rayon ərazisindəki çayların  üzərində 3  daş, qum-çınqıl  karxanaları fəaliyyət göstərir. Bu karxanalar  çayların  yatağını, təbii məcrasını dəyişib. Və tez-tez  təbii fəlakətə səbəb olurlar. Görəsən, Ekologiya naziri Muxtar Babayev, yaxud Dövlət Mineral Xammal Ehtiyatlarından istifadə Agentliyinin sədr müavini  Azər Şükürov niyə bircə dəfə də olsun səslərini çıxartmırlar..? Rayondakı kənd təsərrüfatı təyinatlı torpaqların xeyli hissəsini bələdiyyələr  ev tikintisi üçün satıb  yüz minlər qazanıblar. Görəsən rayonun icra başçısı, hörmətli Novruz Novruzov niyə  rayonda baş verən bu neqativ hallara qarşı münasibət bildirmir..? Biz bir xüsusi məsələni unutmamalıyıq ki, Siyəzən rayonunda ölkə əhəmiyyətli strateji obyektlər var. Bəli, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərləri Siyəzəndən keçir və  rayonda bununla bağlı xüsusi regional şöbə fəaliyyət göstərir. 
Biz çox dərinə varmadan qeyd etmək istəyirik ki, rayon rəhbərliyi və müvafiq dövlət qurumları Siyəzən rayonunda baş  verən problemlərə vaxtında diqqət ayırmalıdırlar. Bizim bir media olaraq bunları yazmaqda məqsədimiz  möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına baş verən neqativ hallarla bağlı  məlumatları çatdırmaqdır. Buna görə, bizə hədə-qorxu  gələnlər, təhdid edənlər, məhkəmə ilə hədələyənlər olsa da biz haqq  bildiyimiz yoldan dönən  deyilik. Və nəyin bahasına olursa-olsun, Prezidentin  apardığı   gərəkli  işlərə kölgə salmaq istəyənləri, vətəndaşları dövlətdən narazı salan məmurları sonadək ifşa edəcəyik. Və ümid edirik ki, cənab Prezidentimiz bu yolda  bizə ən sadiq  təminatçıdır. Bizim bir media olaraq  bu yazıları yazmaqda həm də məqədimiz odur ki, məmurlar kabinetlərindən bayıra çıxıb mövcud problemlərin həllinə çiyin versinlər, yaxalarını qırağa çəkməsinlər.
https://gundelik-baku.com/


Xəbəri paylaş

5048 dəfə oxunub.

Digər xəbərlər
23-03-2017, 23:09 Qatar vurdu, öldü

bütün xəbərlər
____ Instagram ___