Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Roma Papası Bakıda Qarabağ münaqişəsindən danışacaq
Tarix: 14-07-2016 | Saat: 17:00
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər

Roma Papası Bakıda Qarabağ münaqişəsindən danışacaq

Oktyabrın 2-də Azərbaycana rəsmi planlaşdırılan Roma Papası Fransisk Bakıda Dağlıq Qarabağ münaqişəsindən də danışacaq.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə “Сatholicherald” saytı yazıb.

Papanın Cənubi Qafqaza gözlənilən səfərindən bəhs edən məqalə bildirilir ki, Fransisk 30 sentyabrda Gürcüstana, 2 oktyabrda isə Azərbaycana səfər edəcək: “Papa Cənubi Qafqazda xristian, müsəlman və yəhudi liderlərlə görüşəcək. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda kiçik katolik icması, Qafqaz Müsəlmanlar İdarəsinin rəhbəri Allahşükür Paşazadə, pravoslavların baş keşişi və yəhudi icmasının rəhbəri ilə görüş planlaşdırılır”.

Sayt qeyd edir ki, Azərbaycanda təxminən 15 min yəhudi yaşayır.

Gürcü yəhudilərinin Bakıda dini icmasının nümayəndəsi Musa Bekker sayta açıqlamasında bildirib ki, onlar Papanı Bakıda salamlamağa şad olacaqlar.

“Biz yəhudilər burada çox rahat yaşayırıq və hər şeylə təmin olunmuşuq. Bizim təhlükəsizliyimiz yüksək səviyyədədir. Çünki Azərbaycanda antisemitizm yoxdur”, - deyə o bildirib.

“Сatholicherald” qeyd edir ki, Fransisk Bakıda Prezident İlham Əliyevlə və digər rəsmi şəxslərlə görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunacaq.

Sayt daha sonra Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qeyd edib.

“Lakin 1994-cü ildə separat müharibə bitdikdən sonra, bu ərazi Ermənistanın nəzarətinə keçdi. 1994-cü il atəşkəsdən sonra apreldə şiddətli döyüşlər baş verdi”, - deyə sayt vurğulayıb.

Məqalədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Vatikanda mədəni abidələrin bərpası istiqamətində gördüyü işlərdən də bəhs olunub.


Xəbəri paylaş

6618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___