Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Möhtəşəm 100 gün"ün qalibləri məlum oldu - Foto
Tarix: 01-07-2016 | Saat: 18:20
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

"Möhtəşəm 100 gün"ün qalibləri məlum oldu - Foto
“Spar” və “Araz” Supermarketlər şəbəkəsi tərəfindən öz müştəriləri üçün təşkil edilən "Möhtəşəm 100 gün" adlı stimullaşdırıcı lotereyasının qalibləri məlum olub.

"Xəbəraz.az "xəbər verir ki, final mərhələsi paytaxtın Alov Qüllələr kompleksindəki “Fairmont” otelində baş tutub.

Yüzlərlə müştərilər qalib olmaq arzusu ilə Fairmont otelində toplaşmışdı. Lotereya kampaniyasının siması, sevilən aktyor Fərda Xudaverdiyevin və İlahə Şıxlinskayanın aparıcılığı ilə tədbir musiqili qonaqların iştirakı ilə davam edib.

Lotereyada tiraj komissiyasının şahidliyi ilə “Kristal Abşeron”dan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd “Toyota” Bakı Mərkəzində avtomobil (Prado, Kamri, Korolla), “Bakı Electorincs”dən müxtəlif növ məişət texnikalarından ibarət hədiyyələr olmaqla ümumilikdə 134 hədiyyə oynanılıb.

İlk öncə 5 ədəd soyuducu, ardınca 5 ədəd paltaryuyan, 5 ədəd telvizor, 10 ədəd planşet, 15 ədəd telefon və 20 ədəd tozsoran öz sahibini tapdı.

Uduşlu tirajda İlyasova İradə Ərşad qızı “Toyota Corolla”, Dadaşova Sevil Bilal qızı “Toyota Kamry”, Ömərov Azər Nüsrət oğlu “Toyota Prado” avtomobilini, Mikayılzadə Aydan Firuz qızı “Kristal Abşeron” şirkətinin Xırdalandakı yaşayış kompleksindən 2 otaqlı mənzil qazanıb.

Canlı yayımda əsas qaliblər ilə əlaqə saxlanılaraq onlara “Araz” və “Spar” marketlərin stimullaşdırıcı lotereyasının qalibləri olduqları xəbəri verilib. “Toyota Korolla” və “Toyota Kamri” avtomobillərini qazanan xanımlar uduş mərasiminin keçirildiyi məkana gələrək “AzRetail” MMC-yə öz təşəkkürlərini bildirdilər.

Əsas hədiyyələrin qalibləri müəyyən edildikdən sonra 40 fen və 30 ütü də oynanılıb.

Oyunun daha maraqlı və həyacanlı məqamlarından biri də tədbirdə işrirak edən müştərilər tərəfindən lototronun özləri tərəfindən fırladılması və kuponların çıxarılması idi.

Qeyd edək ki, lotereya oyununun şəffaf keçirilməsinin təmin edilməsi məqsədilə "Araz" marketlərində yerləşdirilən lotereya qutularının ağzı öncədən möhürlənərək xüsusi çəkiliş qrupları ilə 30 iyun tarixində "Fairmont" oteldə komissiya üzvlərinin iştirakı ilə lototrona boşaldılmışdı. "Möhtəşəm 100 gün" lotereyasının şərtlərinə görə "Araz" və SPAR marketlər şəbəkələrində 17 mart-24 iyun tarixləri aralığında hər 20 manatlıq alış-veriş edən müştəri bir ədəd kupon-lorereya qazanırdı.

Qaliblərin adları elan olunaraq Tiraj komissiyasına təhvil verilib. Eyni zamanda qaliblərin siyahısı www.arazmarket.az saytında və “Arazmarket” və “Sparmarket”in Feysbuk səhifəsində yayımlanıb.

"Möhtəşəm 100 gün"ün qalibləri məlum oldu - Foto
"Möhtəşəm 100 gün"ün qalibləri məlum oldu - Foto
"Möhtəşəm 100 gün"ün qalibləri məlum oldu - Foto
"Möhtəşəm 100 gün"ün qalibləri məlum oldu - Foto



7398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___