Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Problemli hamiləlik 25 yaşdan yuxarı xanımlarda olur" - Baş mama-ginekoloq
Tarix: 30-06-2016 | Saat: 12:41
Bölmə:Karusel / Qadınlar / M2 | çapa göndər

"Problemli hamiləlik 25 yaşdan yuxarı xanımlarda olur" - Baş mama-ginekoloq
Azərbaycanda hər il 150-170 min doǧuş həyata keçirilir ki, onlardan 70-80 %-ı normal, 20-30 %-ı isə patoloji hamiləlikdir"Xəbəraz.az ".-ın məlumatına görə, bunu respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova bu gün Respublika Perinatal Mərkəzdə keçirdiyi mətbuat konfransında deyib. S. Məmmədovanın sözlərinə görə, patoloji hamiləliyin əsas səbəbi anaların hamiləlikdən öncə qadınların müayinə olunmaması, mütəxəssislərə müraciət etməməsi ilə baǧlıdır. Belə halda hamiləlik baş tutanda isə artıq gec olur. Daxili xəstəliklər elə dərəcədə inkişaf edir ki, hamiləliyin sonunda onlara yardım göstərmək çətin olur".

"Patoloji hamiləliklər sırasında Hepatit və digər infeksion xəstəlikləri olan, zəhərlənmə halları olan hamilələr Kliniki Tibbi Mərkəzə, dəri-zöhrəvi problemi olan hamilələr ərazi üzrə doǧum evi, vərəm və qaraciyər xəstəliyi olanlar 2 saylı doǧum evi, böyrək patologiyası olanlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına, ürək-damar, nevroloji, hemotoloji, endokrinoloji problemi olan hamilələr isə Respublika Kliniki Xəstəxanasına yönləndirilir"-deyə, baş mama-ginekoloq əlavə edib.

Doğuşların Bakı və regionlar üzrə nisbət fərqini açıqlayan S. Məmmədova bildirib ki, bu doǧuşların 2 nisbəti Bakı üzrə, 7 nisbəti isə regionlar üzrədir. Azərbaycanda nikah yaşının dəyişdiyini xüsusi vurğulayan baş ginekoloq bildirib ki, problemli hamiləlik adətən 25 yaşdan yuxarı olan xanımlarda baş verir. Bu gün 25 yaşa qədər olan gənc xanımlarımız təhsil almağa və çalışmağa önəm verirlər. Bundan sonra ailə qurmaq istəyi olur. Lakin həmin yaş dövründə orqanizmdə müəyyən xəstəliklər inkişaf edir".

S. Məmmədovanın sözlərinə görə, patoloji hamiləliyin olmasının birinci və ikinci, eləcə də sonrakı hamiləlik dövrünə təsadüf etməsi anlayışı yoxdur. "Antenatal dövrün aparılması qadın məsləhətxanalarının həkimləri tərəfindən həyata keçirilir. Qadın məsləhətxanalarının əsas vəzifələri hamilələri 9 ay ərzində izləmək, vaxtında risk qrupuna aid olan xəstəlikləri aşkarlanması və buna uyğun tədbirlər planının hazırlanmasını təmin etməkdir"-deyə, baş mama-ginekoloq əlavə edib.


Xəbəri paylaş

9898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___