Qaxda əməliyyat: 6574 ədəd çətənə kolu məhv edildi
Tarix: 25-06-2016 | Saat: 18:39
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Qaxda külli miqdarda narkotik tərkibli bitki məhv edilib.
Bu barədə Report-a Qax Rayon Polis Şöbəsindən məlumat verilib.
Belə ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bitən narkotik tərkibli bitkilərin yerinin müəyyən olunaraq məhv edilməsi istiqamətində "Xaşxaş-2016" şərti adı altında əməliyyat tədbiri keçirib.
Nəticədə rayonun Fısdıqlı kəndi yaxınlığında istifadə olunmayan 1.2 hektar ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkarlanıb. Polis əməkdaşları ərazidən 6 574 ədəd ümumi çəkisi 2 ton 435 kq olan narkotik tərkibli bitki olan çətənə kollarını toplayaraq yandırıblar.
Qax Rayon Polis Şöbəsindən bildirilib ki, narkotik tərkibli bitkilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdiriləcək.
Xəbəri paylaş
7868 dəfə oxunub.
Digər xəbərlər

10-05-2016, 04:59
Rusiyanın “Gece canavarları” Berlinə girdi
5-08-2016, 15:02
“iPhone 7”nin işləyən vəziyyətdə ilk videosu yayılıb
28-02-2016, 15:48
Dünya tarixində ilk: qadın 12 yaşlı uşaq doğurdu (FOTO)
6-04-2018, 23:07
Sosial evlərin satışı başlayır - QİYMƏTLƏR + ŞƏRTLƏR
4-06-2017, 13:57
SOCAR-ın kəmərində qəza: 53 min abonentin qazı kəsildi
2-06-2016, 16:21
İlham Əliyev avropalı parlamentarilərlə görüşdü
24-06-2015, 14:48
Polisi satın almaq istəyən azərbaycanlı saxlanıldı
3-05-2017, 13:00
Bakıda telekanal rəhbəri həbs edildi
7-02-2019, 17:05
"Həzi Aslanov" stansiyasında eskalator təmirə bağlandı
4-04-2015, 01:51
Moskva səması bağlanır