Dəhşət: Ər arvadı və oğlunu baltaladı
Tarix: 24-06-2016 | Saat: 13:23
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Сəlilabad rayonunda ər keçmiş həyat yoldaşını və 12 yaşlı oğlunu baltalayıb.
Report xəbər verir ki, hadisə rayonun Muğan kəndində baş verib. Kənd sakini İsgəndər Əliyev axşam saatlarında keçmiş həyat yoldaşının evinə girərək üzərindəki balta ilə Şamama Qürbətovaya və 12 yaşlı övladı Səid Əliyevin baş nahiyəsinə zərbələr endirib. Ardınca o, böyük oğlu Fəridlə Əlbəyaxa olub.
Qəzəblənmiş ata 17 yaşlı övladını əlləri ilə boğmağa çalışsa da, Fərid atasının əlindən xilas olaraq bayıra qaçıb. Evdəki qışqırıq səsinə qonşuların gəldiyini görən İsgəndər Əliyev evdən qaçıb. Yaralılar qonşular tərəfindən xəstəxanaya çatdırılıblar. Ş.Qürbətovanın vəziyyəti ağır, oğlunun vəziyyəti isə orta ağırdır.
Məlumata görə, arvadından boşanmış İsgəndər Əliyev övladları üçün nəzərdə tutulan aliment pulunu ödəmirmiş. Bu da tərəflər arasında ciddi narazılığa səbəb olub.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Xəbəri paylaş
7698 dəfə oxunub.
Digər xəbərlər

13-01-2019, 11:22
Qubada faciə: Ata 5 yaşlı oğlunun ölümünə səbəb oldu
19-03-2016, 10:00
Astroloji proqnoz - 19 mart
6-11-2017, 17:28
Prezident Bakı metrosunda - FOTOLAR
12-11-2020, 11:04
Milli Məclis Prezidentə və xalqa müraciət edəcək
8-06-2016, 14:43
Separatizm Rusiyanın əsas düşməni imiş
26-02-2017, 09:49
Dırnaqlarınız göyəribsə - Çox təhlükəli simptom!
14-06-2015, 15:00
Güləşçimiz erməniyə uduzdu
8-09-2016, 15:26
Azərbaycanlı prodüser özünə bəysiz özəl gün keçirtdi. - FOTO
24-02-2018, 11:04
Rusiyalı idmançı intihara cəhd etdi - Mingəçevirdə
9-03-2017, 19:00
Ən böyük büdcəsi olan on ölkə – SİYAHI