DGK ilə Rusiya arasında razılıq əldə olundu
Tarix: 09-06-2016 | Saat: 18:44
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlərin aradan qaldırılmasına dair iki ölkənin gömrük xidmətləri arasında razılıq əldə olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, son dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiya Federasiyasına göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması və ya sərhəddə saxlanılması halları müşahidə olunub. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirir. Nəticədə isə qonşu ölkəyə ixrac olunan kənd təsərrüfatı malları ya geri qaytarılır, ya da uzun müddət sərhəddə yubadıldığı üçün məhsul keyfiyyətini itirir.
Dövlət Gömrük Komitəsi rəhbərliyinin, şəxsən Komitə sədri Aydın Əliyevin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi ilə apardığı müzakirələrdən sonra məsələnin həlli istiqamətində razılıq əldə olunub. Razılığa əsasən qisa zaman kəsiyində Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının maneəsiz olaraq Rusiya Federasiyasına göndərilməsi tam təmin olunacaq.
Xəbəri paylaş
7228 dəfə oxunub.
Digər xəbərlər

30-10-2016, 11:09
Pensiyaçılara birdəfəlik müavinət verilirmi?
7-04-2015, 15:59
Əməkdar artist: Kişi çoxarvadlı ola bilər
1-10-2016, 17:01
ŞOK: 17 yaşlı qız pul qarşılığında 13 yaşlı məktəbliləri satdı
15-02-2018, 12:44
Azərbaycanda doğulan qızların sayı azalıb.
8-12-2016, 16:30
ATU-də “Gəncləri Zərərli Vərdişlərdən Uzaqlaşdırmaq” adlı layihənin ikinci təlimi keçirildi-FOTOLAR
22-08-2018, 11:46
“Şəhid anasını diz çökdürməsi” xəbəri barədə - Manaf Ağayev özü danışdı
5-10-2016, 17:52
Lahıcı şoka salan həşəratın adı açıqlandı
10-03-2021, 12:50
İşgəncəyə məruz qalan şəxs azad olundu
25-07-2015, 11:27
Azərbaycanlı generala ağır itki