Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İşgəncəyə məruz qalan şəxs azad olundu
Tarix: 10-03-2021 | Saat: 12:50
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Aktual | çapa göndər



Sumqayıt şəhər Məhkəməsi işgəncə faktı ilə bağlı qərar çıxarıb.
"Xeberaz.Az"  xəbər verir ki, vətəndaş M. Vəliyevin Cinayət Məcəlləsinin 234.1. maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd olunan maddə üzrə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət olunub.
Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs M. Vəliyev ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilməyərək bədəni üzərində xəsarət izlərini göstərərək ifadəsində bildirib ki, polis bölməsində ona qarşı zor tətbiq edilmiş, bölmənin əməkdaşları tərəfindən döyülərək fiziki və mənəvi təzyiqlərə məruz qalmış və törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur edilmişdir. Qeyd olunan xüsusatlarla bağlı təqsirləndirilən şəxsin vəkili Sumqayıt Regional Vəkil bürosunun vəkili Elşad İsayevin vəsatətinə əsasən döyülmə və işgəncə faktı ilə bağlı xüsusi qərar qəbul edilərək araşdırılması üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilib. Vəsatət və təqdimat təmin edilməyərək təqsirləndirilən şəxs dərhal məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, bu işgəncə faktı ilə bağlı Sumqayıt şəhər Məhkəməsi tərəfindən çıxarılan ilk belə qərardır.



Xəbəri paylaş

5468 dəfə oxunub.

Digər xəbərlər
13-01-2018, 15:24 İntiharlar niyə artır?

bütün xəbərlər
____ Instagram ___