Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
50 min dollarlıq motosikletlər cərimə meydançasında - FOTO
Tarix: 01-05-2015 | Saat: 13:54
Bölmə:Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər

50 min dollarlıq motosikletlər cərimə meydançasında - FOTO
“Bu motosikletlər gecələr gurultulu səslə şəhərin küçələrində şütüyür”.

Aprelin 29-dan 30-na keçən gecə Bakının mərkəzi küçələrində əcaib səslər çıxaran daha 4 motosiklet saxlanılıb və cərimə meydançasına aparılıb.

Xeberaz.az xəbər verir ki, Avtosfer.az-ın əməkdaşı həmin motosikletlərin fotolarını Badamdar qəsəbəsində – Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ərazisindəki cərimə meydançasında çəkib.

Cərimə meydançasının əməkdaşı bildirib ki, motosikletlər bura gecə yarısı gətirilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovun sözlərinə görə, həmin motosikletlərdən əlavə, 10-a yaxın başqa motosiklet də cərimə meydançasına salınıb. Onların arasında qadağan olunmuş səs qurğuları olanlarla yanaşı, dövlət nömrə nişanı olmadan idarə edilən motosikletlər də var:

“Bu motosikletlər gecələr gurultulu səslə şəhərin küçələrində şütüyür. Bu da insanları narahat edir. Yol polisi də qanunun tələbini yerinə yetirərək belə nəqliyyat vasitələrini saxlayaraq cərimə meydançasına qoyur. Çünki qanunvericilikdə də yazılıb ki, bu cür səs qurğuları ilə nəqliyyat vasitələrini idarə etmək olmaz”.

Qeyd edək ki, saxlanılan motosikletlər arasında qiyməti 50 min dollar civarında olanlar da var.








Xəbəri paylaş

6068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___