Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sərxan Kərəmoğlunu öldürmək kimlərin marağına xidmət edir?
Tarix: 27-08-2018 | Saat: 16:24
Bölmə:Karusel / Gündəm / Şou-Biznes / Məşhurların Taleyi | çapa göndər

 
  


Son günlərdə illərdir teleməkanda söz sahibi olan Sərxan Kərəmoğlu ilə bağlı sosial şəbəkələr qalma-qallı məlumatlar yayımlayırlar. Amma bir kimsə əziyyətə qatlanıb həqiqəti araşdırmaq istəmir. Bəlkə də elə bütün bunlar sifarişlə olan davranışlar silsiləsidir? Belə qənatə gəlməmiz heç də əsassız deyil.
"Xəbəraz.az " informasiya agentliyinin redaksiyası ilə telefon əlaqəsi yaradan Sərxan Kərəmoğlu son vaxtlar onun həyatına qarşı planlı şəkildə qəstlər düşünülməsindən bəhs etdi. Səbəb isə teleaparıcı iddiasına düşmüş şəxsin onu teleməkandan uzaqlaşdırmaq istəyidir. (şikayətçimiz şəxsin adını açıqlamadı) Bu məqsədlə də müğənni Mətanət Əsədovanın vasitə kimi ortaya atılması olduqca kədərli olduğunu qeyd etdi. M.Əsədovanın sənətinə böyük hörməti olduğunu söyləyən Sərxan Kərəmoğlu Mətanət xanımın bir neçə vaxt bundan öncə teleaparıcı Rövşanənin verilişində şəxsiyyətinə qarşı yönələn təhqir zamanı tamaşaçılara hörmətsizlik etməklə studiyanı tərk etməsini yada saldı. Bəs Mətanət Əsədova içgili halda məclisində çəkildiyini bildiyi halda orada əyləşməklə qadın olaraq şəxsiyyətinin təhqir olunmasını niyə düşünmədi? Niyə durub başqa masada əyləşmədi? Gəlin özümüzü aldatmayaq deyən Sərxan Kərəmoğlu öz verilişində heç bir qalmaqal olmadığını, sadəcə digər məkanda baş vermiş hərəkətlərə qarşı tənqidi münasibətini bildirdiyini söylədi. Dost açı söylər deyə. 
Sərxan Kərəmoğlu qeyd etdi ki, 18 ildir mərhələlərlə müxtəlif televiziyalarda çalışıb. Hal-hazırda da çalışdığı Lider televiziyasının rəhbəri Ədalət Əliyevin rəhbərlik etdiyi kollektivində əməkdaşlarına vacib tapşırıqları bunda ibarət olur. “Kimsə ucuz retinq xatirinə qalma-qal yaratmayacaq, rüşvət almayacaq,dava-şava olmayacaq,pulun arxasınca qaçmayacaqdır”.  
Sərxan bəy bildirdi ki, bəzi üzdəniraq jurnalistlər “Sərxanı qovdular, Sərxanın verilişi bağlandı, Sərxanı mühafizəçi işə buraxmadı” kimi  yalan və əsassız  informasiyalar yayımlayırlar. Mətanət Əsədova ilə yaşanan insidentlə bağlı rəhbərlik tərəfindən “şiddətli töhmət” lə cəzalandırıldığını qeyd edən Sərxan bəy qeyd etdi ki, veriliş əsla bağlanmayıb. Sadəcə baş verənlərlə bağlı rəhbərliyin qərarı ondan ibarət olub ki, bir neçə vaxt verilişin yayıməı dayandırılsın. Əslində bu qərarın digər tərəfi Sərxan Kərəmoğlunun səhəti ilə də bağlıdır. Son hadisələrdən sonra səhətində yaranan ciddi problem səbəbi ilə teleaparıcının tənəffüs sistemində yaranan tutmalar səbəbi ilə artıq dörd gündür ki, oksigen balonu ilə tənəfüs etmək məcburiyyətində qalıb. Eləcə də səs tellərində və danışığında yaranan xoşagəlməzlik səbəbi ilə hələlik efirə çıxmaq iqtidarında olmadığını bildirdi. Yaşanan bunca olaylara baxmayaraq xəstəliyinin günahını kimsədə axtarmayan Sərxan bəy dörd ildir başqa bir xəstəlikdən əzab çəkdiyini bildirdi. Sadəcə son hadisələrin bu şəkildə davam etməsi onun xəstəliyini daha da qabardıb, vəziyyətini kəsginləşdirdi. Sərxan Kərəmoğlu bütün bunların onun şəxsiyyətinə və sağlamlığına  qarşı yönəlmiş qərəz və ya təxribat olduğunu əminliklə qeyd etdi. Verilişlərin birində Mətanət Əsədova və ona şərait yaradanlar tərəfindən təhqir olunması onlara məlum olan xəstəliyinin şiddətlənməsinə səbəb olmasıdır. Lakin şəxsiyyətinin təhqir olunması və qeyd olunan hal ilə bağlı kifayyət qədər faklara sahib olduğunu, eləcə də yaşamağa məcbur edildiyi böhranla bağlı Mətanət Əsədova və onunla birgə olan şəxslər qanun qarşısında cavab verəcəyini söyləyən Sərxan bəy, ömrü yetməzsəövladlarının onun haq səsini sona qədər söyləyəcəyinə əmin olduğunu dilə gətirdi.
Hörmətli Sərxən bəy, biz “Xəbəraz.az” informasiya agentliyinin heyyəti sizə tezliklə şəfalar diləyirik və arzu edirik hər zaman ailənizin, övladlarınızın,işinizin başında olasınız. Allah hər bir insanı nəfsinə qul olanlardan hifs etsin deyə sizə dualar edirik.
         



Xəbəri paylaş

1 1618 dəfə oxunub.

Digər xəbərlər
30-06-2016, 00:50 Müəllimlik vakansiyası

bütün xəbərlər
____ Instagram ___