Doğuşdan sonra 4-5 gün yaşayan əkizlər (VİDEO)
Tarix: 30-04-2015 | Saat: 20:55
Bölmə:Karusel / Gündəm / Səhiyyə / M2 | çapa göndər
Xeberaz.az MeydanTV-ye istinadən xəbər verir ki, 13 apreldə Respublika Perinatal Mərkəzində Hüseynovlar ailəsinin əkiz qızları olub. Birinin adın Gül, o birinin adın Çiçək qoyublar. Biri 4 gün yaşayıb, o biri 5 gün. Valideyn uşaqlarının ölümünə səbəb kimi həkim səhlənkarlığını göstərir.
Araz Hüseynov yoldaşının hər ay həkim müayinəsindən keçdiyini bildirir. Hər müayinədən sonra həkimlər onun sağlamlığında problem olmadığını deyiblər. Kübra Hüseynova hamiləliyinin 31-ci həftəsində bel ağrısından xəstəxanaya yerləşdirilib və təbii doğuşla iki körpə dünyaya gətirib. Körpələr 1 kilo 600, 1 kilo 400 qram çəkisində doğulublar.
Respublika Perinatal Mərkəzinin reanimotoloqu Aygün İbadullayeva bildirir ki, o, körpələri ağır vəziyyətdə qəbul edib. Onların hər ikisi süni nəfəs aparatına qoşulublar. Mərkəzin verdiyi rəyə əsasən körpələr beyin qansızmasından vəfat ediblər.
Səhiyyə Nazirliyi zənglərimizə cavab vermədi.
Araz Hüseynov isə Perinatal Mərkəzə qarşı məhkəmə davası açacağını bildirir. O, uşaqlarının ölümündə təqsiri olanların cəzalandırılmasını istəyir.
Dövlət Statistika Komitəsi 2014-cü ildə 1655 nəfər körpənin öldüyünü açıqlayıb. Bu, 1 yaşa qədər ölən körpələrin sayıdır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin rəyinə görə Azərbaycanda ana və uşaqların diri, ölü doğulma hallarının mövcud göstəriciləri beynəlxalq meyarlara uyğun deyil.
Xəbəri paylaş
7418 dəfə oxunub.
Digər xəbərlər

8-03-2022, 12:08
Mehriban Əliyeva xanımları təbrik edib
4-01-2023, 14:01
Qar yağacaq, külək əsəcək... - Sabahın hava proqnozu
19-12-2017, 15:25
"DÜNYANIN ƏN ŞARMLI MODELİ"-NEYLİ BÜNYADZADƏ
9-03-2016, 18:38
Azərbaycanlı aktrisanın erotik FOTO
9-09-2022, 12:57
Hər səhər 1 qaşıq için. SAĞLAMLIQ və CAVANLIQ MƏNBƏYİ
31-05-2016, 12:44
Qənirə Paşayeva erməniləri tənqid edəndə xəbəri olmadan Mübariz Mənsimov tərəfindən qorunub
22-04-2017, 10:07
Elektrik naqili futbol mərkəzinin damına düşdü: 30 ölü
12-02-2017, 10:26
Azərbaycanda dəhşətli hadisə: mağazada yanaraq öldü
20-11-2018, 16:09
“Hər gün 3-4 mindən çox qayda pozuntusu aşkarlanır”