Bakının üzərini örtən qatı dumanın səbəbi nədir? - RƏSMİ AÇIQLAMA
Tarix: 29-05-2016 | Saat: 17:54
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bu gün səhər saatlarından etibarən Bakının, eləcə də ölkənin bir sıra rayonlarının üzərini toz-duman qatı örtüb. Toz qatı bəzi yerlərdə o qədər güclü olub ki, havanın buludsuz olmasına baxmayaraq Günəş belə görünməyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Lent.az-a açıqlamasında deyib ki, artıq ikinci gündür ki, Azərbaycanın üzərinə cənub istiqamətindən toz kütlələri daxil olur: “Bunun səbəbi Ərəbistan yarımadasında artıq 4 gündür ki, davam edən toz burulğanlarıdır. Artıq mayın 27-də axşam saatlarında atmosferdəki toz kütlələri Azərbaycana da çatıb. Lakin həmin gün və dünən hava şəraiti elə idi ki, bu o qədər də hiss edilmirdi və atmosferdəki tozun miqdarı 1 kub metr üçün 27-30 mikroqram həddində idi. Lakin bu gün toz kütlələrinin həcmi daha da artıb və gözlə görünəbilən səviyyə çatıb. Hazırda Bakıda havada tozun miqdarı 1 kubmetr üçün 47 mikroqrama çatıb”.
Nazirlik rəsmisi əlavə edib ki, son günlər Türkmənistan səhralarında da qum burulğanları qeydə alınır və Xəzər dənizi üzərindən də ölkəmizə tozlu hava kütlələri daxil olur: “Lakin bununla belə əsas çirkli hava kütlələri Ərəbistan istiqamətində daxil olub. Sabahdan etibarən toz kütlələrinin çökəcək və hava açılacaq”.
M.Avazova onu da bildirib ki, havada tozun miqdarı ilə bağlı norma 1 kub metrdə 50 mikroqram səviyyəsindədir: “Əgər atmosferdə bu səviyyədən artıq tozluluq müşahidə edilərsə əhaliyə xəbərdarlıq edilə bilər”.
Qeyd edək ki, hazırda ölkədə müşahidə edilən hava şəraiti əsasən tənəffüs yolları və ürək-damar xəstəlikləri olanlar üçün əlverişsizdir. Lent.az
Xəbəri paylaş
7738 dəfə oxunub.
Digər xəbərlər

25-03-2023, 11:24
İftardan sonra bunu qətiyyən etməyin: İNFARKT OLA BİLƏRSİNİZ
19-11-2021, 22:21
Azərbaycanın məşhur generalı vəfat etdi - FOTO
16-07-2016, 12:12
ƏMƏKDAR ARTİSTİNİN GİZLİ SAXLADIĞI TƏLƏBƏSİ ÜZƏ ÇIXDI – FOTOLAR
10-05-2016, 10:17
İran S-300-ləri silahlanmaya qəbul etdi
17-10-2018, 10:09
"Yarışa çıxan" BakuBus-un 3 avtobusu TOQQUŞDU
15-06-2017, 21:25
FİFA-dan Qətərlə bağlı açıqlama
12-07-2015, 10:32
Vurduğu zərbəyə özü də inanmadı - VİDEO
5-06-2022, 11:50
Günəş altında çox qalmaq bədxassəli şişlər yaradır - Həkim
13-04-2017, 12:31
Tanınmış bəstəkar qızına toy etdi - Fotolar