Tacikistan ömürlük prezidentini seçir
Tarix: 22-05-2016 | Saat: 19:49
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Tacikistan konstitusiyasına dəyişikliklərlə bağlı referendum baş tutmuş elan edilib. Yerli vaxtla saat 12.00-dək əhalinin 66,6 faizi səs verib.
Musavat.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Bəxtiyar Xudayarzadə bildirib.
Konstitusiyaya görə, referendumun tanınması üçün seçicilərin 50 faizində çoxu iştirak etməlidir.
Vətəndaşlar referendumda ölkə konstitusiyasına dəyişikliklərə münasibət bildirirlər. Söhbət 41 dəyişiklikdən ibarət layihədən gedir. Onların arasında hazırkı prezident Emoməli Rəhmonun prezidentlik müddəti üçün məhdudiyyətlərin götürülməsi, eləcə də, prezidentliyə namizədlər üçün yaş senzinin 35-dən 30-a endirilməsi də var. Bundan başqa, milli və ya dini əsaslarla partiyaların yaradılması və siyasi partiyaların xaricdən maliyyələşdirilməsinin qadağan edilməsi də nəzərdə tutulur.
Yaş senzinin endirilməsi fəaliyyətdə olan prezidentin oğlu Rüstəm Emoməlinin 2020-ci ildə 33 yaşında prezidentliyə namizəd olmasına imkan verəcək.
Xəbəri paylaş
7398 dəfə oxunub.
Digər xəbərlər

4-09-2021, 12:01
Şəhid xanımı tələbə oldu - FOTOLAR
17-02-2016, 11:25
Xarici valyuta məzənnələri – RƏSMİ
6-10-2016, 17:49
İstanbulda partlayış: 5 yaralı - YENİLƏNİB - VİDEO
1-04-2019, 12:01
Səngəçalda bağ evində olub - Videonun şok təfərrüatı...
23-01-2019, 17:04
Məşhur türk aktrisa vəfat etdi
20-12-2015, 21:22
Nardaranda polis bölməsinin tikintisi başa çatır – Foto
5-03-2020, 14:43
Azərbaycanlı məmur rüşvətə görə saxlanıldı - VİDEO
21-08-2023, 14:30
"Evlilik təklifi almışam, elçilərim də gəlib"