Bakını hədələyən polkovnik terrorçuların rəhbəri oldu
Tarix: 20-05-2016 | Saat: 18:13
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Rusiya Ukraynanın şərqindəki orduların rəhbər heyətinin rotasiyasına başlayıb.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Baş Kəşfiyyat İdarəsi yayıb. Kəşfiyyat həmçinin 2015-ci ilin yanvarından bu günə qədər Donbasa Rusiya ordusunun müxtəlif yerlərdəki bazalarından hərbçilərin gəldiyini bildirib. Bu şəxslər qondarma respublikanın ərazisində Moskvanın tapşırığını yerinə yetiriblər. Donbasa göndərilən hərbçilərin böyük bir hissəsi Azərbaycan və Gürcüstanla sərhəd təşkil edən bazalardan olub. Bunlar sırasında xüsusilə Çeçenistan, Abxaziya, Şimali Osetiya, Dağıstan və Ermənistan xüsusilə seçilib. Ermənistandakı Gümrü bazasından Ukraynaya polkovnik Andrey Ruzinski və podpolkovnik Aleksandr Maksimov göndərilib.
Qeyd edək ki, Andrey Ruzinski Ermənistandakı 102-ci bazaya rəhbərlik edib. 2013-cü ildə onun Rusiya mətbuatına verdiyi müsahibə Bakının kəskin etirazına səbəb olub. Həmin zaman polkovnik açıqlamasında müharibə başlayacağı təqdirdə Rusiyanın Ermənistanın tərəfində Qarabağda vuruşacağını açıqlayıb. Sonradan Ruzinski vəzifəsindən uzaqlaşdırılıb və onun yerinə general-mayor Vladimir Ustinov təyin edilib. Keçən il Ruzinskinin adı yenidən mətbuat səhifələrində peyda olub. Ukrayna kəşfiyyatı polkovnikin Luqanskdakı terrorçuların motoatıcı birliklərinə rəhbərlik etdiyini açıqlayıb. Burada o tanınmaması üçün Ruzinski soyadını dəyişdirərək özünü Nefedov kimi təqdim edir.
Xəbəri paylaş
6598 dəfə oxunub.
Digər xəbərlər

15-11-2015, 00:44
İŞİD Fransada niyə terror törətdiyini - Açıqladı
4-01-2017, 15:34
““Millətimizin qəzəbi böyükdür, biz də əsəbi və hirsliyik” - Ərdoğan
11-08-2017, 12:07
Kənanla Aygündən yeni fotolar
30-04-2015, 20:41
Nepalda baş verən 7,9 ballıq zəlzələnin qurbanlarının sayı 6 minə çatır.
11-06-2017, 12:11
Bakıya yağış, rayonlara leysan yağacaq
14-08-2015, 20:10
Rusiyada azərbaycanlı prorektor həbs olundu
30-10-2018, 15:24
Zamirənin yeni görüntüləri yayıldı - 13 min dollarlıq it, 10 min dollarlıq geyim... - FOTO
25-09-2022, 14:33
Məşhur türkiyəli kardioloqdan resept: Çaya kərə yağı əlavə edin
30-01-2019, 10:38
“Lap aşağı səviyyəli məmura kimi hamı bilməlidir ki...” - İlham Əliyevdən xəbərdarlıq