Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Ermənistan region üçün ciddi təhlükədir”
Tarix: 18-05-2016 | Saat: 17:26
Bölmə:Karusel / Siyasət / Gündəm / M2 | çapa göndər

“Ermənistan region üçün ciddi təhlükədir”
16 may 2016-cı il tarixində ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada keçirilmiş görüşdən sonra rəsmi İrəvan tərəfindən verilən açıqlamalar yenə də təxribatçı xarakter daşıyır və münaqişənin əsl mahiyyətinin təhrif olunmasına xidmət edir.

"Xəbəraz.az " xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyanın Avropa Şurası Nazirlər Komitəsinin Sofiya sessiyasındakı çıxışını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu gün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən çox təhlükəli olan mövcud “status-kvo”nun qəbuledilməzliyi vurğulanır və dəyişdirilməsi zərurətinə dair çağırışlar edilir:

“Təəssüf ki, münaqişənin həlli prosesində konstruktivlik nümayiş etdirmək əvəzinə Ermənistan xarici işlər naziri yenə də bu kimi çıxışları ilə hər vəchlə “status-kvo”nun saxlanmasına xidmət edən şərait yaratmağa cəhd edir. Əgər o bunu ölkəsinin prezidentinin təlimatı ilə həyata keçirirsə, bu çox təhlükəli yoldur və vəziyyətin dramatik şəkil almasına xidmət edə bilər. ATƏT Minsk Qrupunun həmsədrləri bunu qeydə almalıdırlar”.

H.Hacıyevin sözlərinə görə, korrupsiyalaşmış hərbi diktatura rejimini təmsil edən E.Nalbandyanın “Demokratik təhlükəsizlik” və ya “Demokratik Sülh” konsepsiyasından danışması yalnız istehza və gülünc doğurur:

“Öz vətəndaşlarının odlu silahla kütləvi qırğınını həyata keçirən Ermənistan rejiminin insan hüquqları və demokratiyadan danışmağa mənəvi, siyasi və hüquqi haqqı yoxdur. 2 aprel tarixindən başlayaraq Ermənistan qoşunlarının təmas xəttində törətdiyi hərbi avantüra bir daha sübut etdi ki, Ermənistan rejimi bütün region üçün ciddi təhlükə mənbəyidir”.



4258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___