Erməni vəhşiliyi ATƏT nümayəndələrinə göstərildi
Tarix: 11-05-2016 | Saat: 16:34
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bu gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirən ATƏT nümayəndələri Tərtər rayonunun Əskipara kəndində ermənilərin atdığı, istifadəsi qadağan edilmiş top mərmisinin düşdüyü əraziyə gediblər.
APA-nın xəbərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə birgə əraziyə baxış keçirirlər.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhənin Tərtər rayonu istiqamətinə səfəri başlayıb.
Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutan səfər Ermənistan Silahı Qüvvələrinin Əskipara kəndinə fosfor təyinatlı hərbi sursat atması faktı ilə bağlıdır. Hərbi attaşelər beynəlxalq konvensiyalarla qadağan olunmuş təhlükəli hərbi sursatdan istifadə faktı ilə tanış olurlar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirən ATƏT nümayəndələri monitorinq başa çatandan sonra Tərtər rayonuna gediblər.
Xəbəri paylaş
7328 dəfə oxunub.
Digər xəbərlər

12-07-2022, 10:52
ATV rəhbərindən Mirşahinə cavab - “Söyüldükcə baxılırıq”
19-08-2022, 12:35
Sabaha olan hava proqnozu AÇIQLANDI
20-09-2015, 00:03
Bakının ən bahalı maşınları cərimə meydançasına salındı - FOTO
19-08-2018, 17:12
Bildirçin yumurtası immuniteti möhkəmləndirir
16-04-2021, 12:05
Ox yaydan çıxıb: Şahbaz Dilqəmlə bağlı DTX-ya müraciət etməlidir - Əgər özünə ƏMİNDİRSƏ...
7-04-2015, 19:09
“Samsung” menecerlərin 15%-ni ixtisar edib
25-04-2023, 14:26
Keçmiş məhbus arvadını öldürdü, qonşuya getdi: "Sizi tövlədə..." - Yevlaxda şok olay
13-08-2017, 11:17
Sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı gündə 1 milyon artır
11-11-2016, 16:58
BƏRDƏ-“12 noyabr-Konstitusiya günü” münasibətilə tədbir keçirildi