Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Samsung” menecerlərin 15%-ni ixtisar edib
Tarix: 07-04-2015 | Saat: 19:09
Bölmə:Karusel / M2 / Texnologiya | çapa göndər

“Samsung” menecerlərin 15%-ni ixtisar edib
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti 2014-cü ilin yekunları üzrə ştatdakı menecerlərin 15 faizini işdən uzaqlaşdırıb.

xeberaz.az lent.az-a istinadən xəbərinə görə, bu, smartfonların xüsusilə ötən ilin üçüncü rübündə tədarükünün proqnozlaşdırılandan aşağı olması ilə əlaqədardır.

Üçüncü rübdə şirkət ştatda 1219 menecerin çalışması barədə məlumat versə də, artıq ilin sonuna onların sayı 177 nəfər (15%) azaldılıb. İşdən çıxarılan və ya istefa verən 177 əməkdaşın 44-ü "IT & Mobile Communications” departamentinin işçisi olub.

Eyni zamanda yerli qəzetlərdə Cənubi Koreyada ən yüksək əməkhaqqının “Samsung”da olması barədə məlumatlar yazılır. Bundan əlavə, 2015-ci ilin aprelin ortalarından etibarən şirkətdə ştatda olan əməkdaşlar üçün yeni çevik iş qaydalarının tətbiqinə başlanması nəzərdə tutulur.


Xəbəri paylaş

6618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___