Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənilər Tərtərə 280 mərmi atıb
Tarix: 11-05-2016 | Saat: 16:13
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Ermənilər Tərtərə 280 mərmi atıb

Tərtər rayonunun 17 yaşayış məntəqəsinə 280-dən çox ağır artilleriya qurğularından atılan mərmi düşüb.

Report-un məlumatına görə, bunu Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinə cəbhədə son vəziyyətlə bağlı məlumat verərkən deyib.

İcra başçısı bildirib ki, həmin ərazilərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən 59 ədəd partlamamış hərbi silah-sürsat tapılaraq zərərsizləşdirilib:

"Agentliyin əməkdaşları hazırda cəbhəboyu kəndlərdə axtarış və ərazilərin minalardan təmizlənməsi tədbirlərini həyata keçirir".

M.Məmmədov həmçinin vurğulayıb ki, Ermənistan hərbi birləşmələri dinc vətəndaşları hədəfə alıb:

"Ermənilər cəbhəboyu kəndləri və yaşayış məntəqələrini, əkin-biçin və suvarılma vaxtı kənd təsərrüfatı sahələrini mütəmadi atəşə məruz qoyurlar. Onlar ağır artilleriya qurğuları ilə yanaşı beynəlxalq səviyyədə qadağan olunan, zəhərli silahlardan da istifadə edirlər. Ötən gün ermənilərin ağ fosfor mərmisindən istifadə etməsi bir daha göstərdi ki, ermənilər yalnız dinc sakinlərə ziyan vurmaq və onların kütləvi qırılmasına çalışır".


Xəbəri paylaş

6388 dəfə oxunub.

Digər xəbərlər
5-08-2023, 17:50 Elşən Xəzər SAXLANILDI

bütün xəbərlər
____ Instagram ___