Qarabağda ermənilərin pasportları əllərindən alınır və...
Tarix: 07-05-2016 | Saat: 11:27
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Xaricdən xüsusilə Suriya, Livan, İraq, İrandan Dağlıq Qarabağa erməniləri aldadıb gətirirlər. Dağlıq Qarabağda yerləşdirilən həmin ermənilərin pasportlarını əllərindən alırlar və kişi cinsindən olanların hamısını məcburi səngərlərə göndərirlər.
Bu barədə Modern.az saytına açıqlamasında deputat Elman Məmmədov Dağlıq Qarabağa xaricdən gətirilib süni şəkildə yerləşdirilən ermənilər haqqında danışarkən deyib.
O söyləyib ki, aprel ayının əvvəlində baş verən döyüşlərdə Ermənistan tərəfi xaricdən gətirilib cəbhədə döyüşdürülən ermənilərin ölülər arasında sayını açıqlamadı:
“Aprel ayında baş verən hərbi əməliyyatlarda ermənilərdən 300 nəfərdən çox ölən var idi. Erməni mətbuatı Ermənistan vətəndaşlarını sayını ayrı verdi, Dağlıq Qarabağdan olanları isə ayrı təqdim etdi.
Sayın tam çatmasının səbəbi isə Dağlıq Qarabağa xaricdən gətirilən və orada məcburi döyüşdürülən ermənilər idi. Ona görə də Ermənistan hökuməti xaricdən gətirilən erməniləri rəsmi olaraq statistikaya salmır”.
Elman Məmmədov onu da bildirib ki, Dağlıq Qarabağda PKK -nın da təlim düşərgələri var. “Ermənilər onlardan da istifadə edirlər. Ermənilərə ev vermək, adlarına hesab açmaq, yaxşı həyat vəd edirlər. O ermənilər də hüquqsuz şəkildə əlacsız qalıb orada döyüşürlər.
Nəticədə isə sənədsiz, sübutsuz şəkildə ölürlər.
Həmin ərazilərdən onların çıxışı çox məhduddur. İşğal altında olan ərazilərin dörd bir yanında hərbi postlar qurulub. Ona görə də xaricdən Dağlıq Qarabağa gətirilən ermənilər qul kimi istismar olunur”-deyə Elman Məmmədov qeyd edib.
Xəbəri paylaş
6538 dəfə oxunub.
Digər xəbərlər

25-06-2015, 00:15
Bakı-2015: Kim neçə medal qazanıb? - REYTİNQ
18-01-2016, 11:18
Fahişəliklə məşğul olan qadın dövlət məmuru çıxdı
1-02-2017, 21:01
Bakıya 2 gün qar yağdı, qiymətlər isə 3-4 dəfə qalxdı - Video
15-11-2022, 15:14
Siyəzəndə sahibkarlara qənim kəsilmiş Dostiyevləri kimlər himayə edir? – Ata-balanın qanunazidd əməllərindən Prezidentə müraciət olundu
19-10-2018, 10:48
Cinsi əlaqə üçün evə çağırdığı oğlanın başına oyun açan qadın: "Pulunu alıb döydük"
18-01-2019, 12:18
Qaza tələbat artıb - "Azəriqaz"dan AÇIQLAMA
18-12-2015, 15:23
Polis Nardaranda əməliyyat keçirir: Saxlanılanlar var
13-12-2016, 15:46
Son dəqiqə: Londonda PKK-çılar türklərə hücum etdilər - VİDEO
19-07-2015, 10:09
Çoxmərtəbəli binada yanğın - Bakıda