Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni yalanına Çingizin cavabı - Video
Tarix: 03-05-2016 | Saat: 16:12
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Erməni yalanına Çingizin cavabı - Video
Azərbaycan Ordusunun erməni təxribatının qarşısını aldığı zaman keçirdiyi əməliyyatın (Dördgünlük müharibə) şokundan ermənilər öz xislətlərinə uyğun olaraq, yenə də yalan və riya təbliğatı ilə çıxmağa çalışırlar.

Axar.az xəbər verir ki, ermənilər Dördgünlük müharibə zamanı işğal etdikləri torpaqlarda məhv edilən silahlı separatçılarının meyitlərinin guya təhqir edildiyi barədə bir-birinin ardınca məlumat yaymaqdan usanmırlar.

Öz əməllərini azərbaycanlıların boynuna atmaq və təbliğatla beynəlxalq ictimaiyyəti aldatdıqdan sonra terror əməllərini reallaşdırmaq ermənilərin yüz illərə dayanan köhnə şakəridir. Əslində, ermənilərin azərbaycanlılara qarşı misli görünməmiş vəhşiliklər törətdiyini artıq bilməyən yoxdur. Aradan 100 il keçsə belə, hələ də ermənilərin vandalizmini Quba soyqırımı məzarlığı bütün çılpaqlığı ilə sübut edir. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox dinc azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirib. Təkcə Bakıda 12 min dinc sakin qəddarlıqla öldürülüb.

Erməni barbarlığını sübut edən digər fakt isə yaxın keçmişdə baş verən Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə mühasirəyə alınan Xocalıdan Ağdama çatmaq ümidi ilə şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü (63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – red. ) qəddarlıqla Ermənistan ordusu tərəfindən öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.

Erməni vəhşiliyi bununla məhdudlaşmayıb. Meyitlərin üzərində skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilib.

“Çoxları eybəcər hala salınıb, körpə qızın ancaq başı qalıb”, - İngiltərənin “Tayms” qəzeti erməni vəhşiliyi barədə 4 mart 1992-ci ildə yazırdı.

“Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar”, - hadisə şahidi Camal Heydərov ermənilərin Xocalıdakı barbarlığı barədə sonralar deyirdi.

Bütün bunlar müəyyən tarixi faktlar və sözlərdən ibarət ola bilər və çoxları, əsasən azərbaycanlı olmayanlar bunlara inanmaya bilər, lakin Milli Qəhrəman Çingiz Mustafayevin Xocalıda ermənilərin vəhşiliklərini lentə aldığı kadrlar tarixi qonşularımızın hansı dəyərlərə və mənəviyyata sahib olduğunu təkzibedilməz faktlarla bütün dünyaya sübut edir.

Özlərinin mənfur əməllərini başqasının adına yazan ermənilərə körpə uşaqlara, qadınlara və qocalara, mülki əhaliyə qarşı həyata keçirdikləri barbarlığa, insanlığa sığmayan əməllərinə bir daha baxmaları tövsiyyə olunur.





3468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___