Obama: "İran Yəməndəki şiə üsyançılarını silahlandırır"
Tarix: 22-04-2015 | Saat: 13:33
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
ABŞ prezidenti Barak Obama İranı Yəməndə çevriliş edən şiə üsyançılarına silah yardımı etməkdə təqsirləndirib.
Xeberaz.az APA TV-nin məlumatına görə,xəbər verir ki, Obama ölkə telekanallarından birinə verdiyi müsahibədə Ağ Evin məsələ ilə bağlı Tehrana xəbərdarlıq etdiyini xatırladıb.
Prezident ABŞ hərbi gəmilərinin məhz bununla əlaqədar olaraq Ədən körfəzinə göndərildiyini vurğulayıb. Onun sözlərinə görə, İran gəmiləri hazırda beynəlxalq sularda üzürlər. Bir müddət öncə həmin gəmilərin Yəməndəki şiə qruplaşmalarına silah daşıdığı barədə məlumat əldə edilib. ABŞ prezidenti hərbi gəmilərin Ədən körfəzinə sərbəst gəmi nəqliyyatını təmin etmək məqsədilə göndərildiyini təsdiq edib və bildirib ki, əgər İran gəmilərində üsyançılar üçün nəzərdə tutulan silah aşkarlanarsa, bu, ciddi problemə çevrilə bilər.
Barak Obama ABŞ hərbi dənizçilərinin İran gəmilərində yoxlanış aparacaqları və onların missiyasına necə nəzarət ediləcəyi məsələsinə aydınlıq gətirməyib. Ağ Evin rəhbəri yalnız onu əlavə edib ki, şiə-husi birləşmələrinə silah yardımı bölgədə münaqişənin siyasi yolla stabilləşdirilməsinə mane ola bilər.
Xəbəri paylaş
5968 dəfə oxunub.
Digər xəbərlər

12-07-2022, 11:48
Alimlərdən yeni kəşf: Doğum tarixi hansı xəstəliklərdən xəbər verir?
2-05-2016, 15:21
Dollar 1,44 manata düşə bilər
28-07-2016, 16:46
Mehriban Əliyevanın vitse-prezidentliyə namizədliyi təklif olundu
18-06-2016, 14:08
Bakıda dilənçilər saxlanıldı
22-03-2017, 10:56
47 yaşlı kişi qatarın altında qalaraq öldü
31-05-2016, 09:19
Şirvanda 18 yaşlı gənc intihar etdi
9-07-2016, 17:23
Bakıda güclü yanğın – polis yolu bağladı
17-05-2016, 22:01
ABŞ dünyanı "doladı": 6 min 700 səhifəlik işgəncə hesabatı yoxa çıxdı - Hesabat "səhvən" silinibmiş
2-06-2015, 18:00
Leyla Əliyeva 1,5 milyona yaxın ağac əkdi - FOTO